

Ağır silahlar, HHM sistemləri, Rusiyaya qarşı yeni sanksiyalar və təhlükəsizlik qarantiyaları müzakirə edilib
Böyük Britaniya “WikiLeaks” təsisçisinin ekstradisiyasına yaşı işıq yandırdı
Britaniya hökuməti icazə verməlidir, amma London meylli deyil
İngiltərədə PKK tərəfdarları azərbaycanlıya hücum edib
Britaniya Ukraynaya “M270” reaktiv yaylım atəşi sistemləri göndərəcək
Tərəflər Ukraynanın işğaldan azad edilməsi kimi “ortaq məqsədlərini” müzakirə ediblər
Dördgünlük iş həftəsinin sınaqları başlanıb
Etimad səsverməsi Mühafizəkar Partiyasından olan azı 54 millət vəkili istəmişdi
Avropa ölkələrində xəstəliyə yoluxma hadisələri araşdırılır
Rusiya kampaniyaları 62 milyonluq mümkün gəlirdən məhrum olacaq
Britaniya cəsarətli diplomatiya ilə Rusiya üçün heç bir “qırmızı xətt” tanımır
Ruslara “dost olmayan” Britaniyaya səyahət etməmələri barədə xəbərdarlıq edilib
Qərb SSRİ-yə bu günün pulu ilə 10 trilyon dollardan çox yardım edib
Britaniya Moskva birjasının statusunu ləğv edir
Nazirlərinin iştirakı ilə 2+2 formatda görüşlər gözlənilir
Qərb nazirləri Rusiyanın çıxışı zamanı iclası tərk etdilər
“Londona gələn turist mütləq qaydada Londonda keçirdiyi günləri London metrosu ilə birgə yaşamalı olur”.
Yox, əlbəttə turist oliqarx olarsa, fərdi limuzini ilə də gəzə bilər, amma oliqarx bir az pafosuna qalıb gələ bilsə, anlayar ki, Londonu gəzmək üçün ən salamatı elə metrodur.
İllər öncə Londona ilk dəfə gedəndə məni əvvəlcədən vahimə bürümüşdü, kimi görürdüm London metrosunun qəlizliyindən danışırdı.
“Sən azacaqsan, sən çaşacaqsan, itib qalacaqsan oralarda”, – bəlalı qulaqlarım daha nələr eşitmədi.
Amma atalarımız asudə vaxtlarında nahaqdan atalar sözlərini qoşmayıblar, 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır, deyiblər.
Gördüyüm isə o oldu ki, London metrosu həm çox müasirdir, həm də əzəldən qorunan ənənələrə saldıq.
Dəqiqdir, informativdir, hər şey aydın, hər şey rahat.
Xəttinin rəngini bildin, vəssalam, hər addım xəritə var, maşinist də məlahətli səsi ilə səni ayıq saxlamaq istəyir.
Amma mənfi cəhətləri də var London metrosunun, çox da göylə getməsinlər.
Məsələn, eskalator və lift heç də bütün stansiyalarda mövcud deyil.
Hava limanından şəhərə metro gəlir, hamı çamadanlı, bir də gəlib görürsən ki, nə lift var, nə eskalator. Məcbur olursan yükü belinə alıb pilləkənlə qalxmağa.
Lakin London metrosunda sıxlıq yoxdur, hər halda mən rast gəlmədim.
Ola bilsin sadəcə şanslı oldum, amma ola da bilsin ki, tez-tez gələn qatarlar, interval müddəti və vaqonların sayı öz sözlərini deyirlər.
Söz elədir, onu deməyə bacaran həmişə uduşda olur.
London metrosunun 270 stansiyası var, 402 kilometr uzunluğu, lakin bu kilometrlərin yalnız 45 faizi yerin altından keçir, qalanı qatar kimi yerlə gedir və ildə 3 milyon sərnişin daşıyır.
Açığı, bu sarıdan London metrosu bir qədər üzü kölgəlidir, dünyada cəmisi 11-ci yeri tutur.
Amma əvəzində tarix baxımından London metrosuna çatan yoxdur, onun iki stansiya birləşdirən ilk xətti 1863 ildə açıldı və beləliklə bəşəriyyətin ilk metrosu oldu.