
150-dən 10 300 avroya
Parkinq ödəmələrindən qaçmaq üçün nömrənizi gizlədənlərə qarşı bir avtomobilin qiyməti cərimə
Parkinq ödəmələrindən qaçmaq üçün nömrənizi gizlədənlərə qarşı bir avtomobilin qiyməti cərimə
Hissələr pulsuz dəyişdiriləcək
İnsanlar dərhal xəstələnməsə də, orqanizmə mənfi təsir göstərə bilər
Hollandiya, Almaniya və Avstriyaya tətilə gedənlər üçün xəbərdarlıq
Hollandiya, Belçika və Fransa həyəcan vəziyyətindədir
Hollandiya Rumıniyanın təlim bazasına qırıcı bağışlayıb
Hollandiyada həddindən artıq maye qəbul edən 7 yaşlı uşaq zəhərlənib
Ərzaq və kirayə qiymətlərinin artırılması inflyasiyanı yüksəltməyə davam edir
Hollandiyada “Haribo” konfetindən qurbanları artır
Türkiyə əsilli siyasətçi türk düşməninə koalisiya qapısını bağladı
Bütün siyasi partiyaların nifrət etdiyi Vildersin güc oyunu bəhrəsini verəcəkmi?
Oktyabrın 29-u ən yaxın və mümkün tarix hesab olunur
Tərkibində narkotik olan konfet skandalı bitmir
Müvəqqəti kabinet necə hərəkət edəcək, seçkilər nə vaxt olacaq?
DENK deyir ki, ifrat sağçılara qarşı əsl mübarizə indi başlayır
Hollandiyanın baş nazir Şuf da istefa verdi
Fizika üzrə Nobel mükafatı laureatı Andrey Qeym Hollandiya vətəndaşlığından məhrum edildiyini açıqlayıb. Cəngavər rütbəsi almaq üçün 13 il əvvəl Britaniya vətəndaşlığını alan Qeym bundan illər sonra Hollandiya vətəndaşı olmadığını öyrənib.
“The New York Times”ın (NYT) xəbərinə görə, Qeym Britaniya vətəndaşlığını aldıqdan sonra illər keçməsinə baxmayaraq, yaxın vaxtlara qədər bunun problem yaradacağına dair heç bir işarənin olmadığını deyib. Mükafat qazanan alimə daha sonra dedilər ki, pasportunu İngiltərənin Londondakı Hollandiya səfirliyinə təhvil verməli, əks halda “İnterpolun nəticələri” ilə üzləşməlidir. Buna səbəb Hollandiyanın ikili vətəndaşlığı ciddi şəkildə məhdudlaşdırması olub.
“E-poçt” vasitəsilə açıqlama verən Qeym, “Şəxsən mən özümü Hollandiya-Britaniya Nobel Mükafatı laureatı hesab edirəm (bu sıra ilə). Hollandiyadakı tarixim və orada yaşayıb işləməyim çox yaxındır”. Alim onun vətəndaşlığından məhrum edilməsi qərarını da şərh edərək, bunun “çox kədərli və qəribə” olduğunu bildirib.
Qeym 1958-ci ildə Rusiyada alman valideynlərində anadan olub. Alim Hollandiya vətəndaşlığını 1990-cı illərdə Hollandiyanın Radboud Universitetində işləyərkən alıb.
2010-cu ildə indi İngiltərədə işləyən Qeym və Konstantin Novoselovlar dünyanın ən nazik və ən möhkəm materialı olan qrafenin istehsalında apardıqları təcrübələrə görə Fizika üzrə Nobel Mükafatına layiq görüldülər.
Qeym daha sonra elmə verdiyi töhfələrə görə Hollandiya tərəfindən cəngavər rütbəsi aldı. 2001-ci ildə Mançester Universitetində işləmək üçün İngiltərəyə köçən alim İngiltərədən ona da cəngavər rütbəsi təklif edildikdən sonra problemlərin başladığını bildirib. Ancaq Qeym bu “problemi” yalnız illər sonra öyrənə bilib.
İngilis olmayan bir şəxs cəngavər rütbəsi ala bilsə də, “Sir” və ya “Dame” titullarından istifadə etmək hüququ yalnız vətəndaşlara verilir. Qeym bu səbəbdən Britaniya vətəndaşlığını alıb. Lakin onun da Britaniya vətəndaşlığını alması ikili vətəndaşlığı məhdudlaşdıran sərt qaydaları olan Hollandiya üçün problemlər yaradıb.
Könüllü olaraq başqa bir vətəndaşlıq əldə etmək Hollandiya vətəndaşlığının avtomatik itirilməsi ilə nəticələnir.