
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Severodonetsk şəhəri uğrunda döyüşlər Donbasın taleyi üçün həlledici ola bilər. Rusiya qüvvələri artilleriya gücünü strateji əhəmiyyətli sənaye mərkəzinə cəmləyərək ukraynalı müdafiəçiləri şəhərin kənarına çəkilməyə məcbur edib.
“Bu günün nəticələrinə görə, genişmiqyaslı müharibənin 105-ci günündə, Severodonetsk Donbasdakı qarşıdurmanın episentri olaraq qalır”, – deyə Prezident Zelenksi iyunun 8-də yayımladığı video müraciətində bildirib. O həmçinin əlavə edib ki, Ukrayna qüvvələri öz mövqelərini müdafiə edir və düşmənə xeyli itki verir.
O, həmçinin bildirib ki, “bu, çox şiddətli döyüşdür. Yəqin ki, bu müharibənin ən çətin döyüşlərindən biridir. Bu istiqamətdə özünü müdafiə edən hər kəsə minnətdaram. Bir çox cəhətdən bizim Donbasımızın taleyi hazırda orada həll olunur”.
Luqansk qubernatoru Serqey Qayday “Telegram”da yazıb ki, Rusiya qüvvələri Severodonetskin böyük bir hissəsinə nəzarət edir. Lakin şəhərin sənaye zonası hələ də Ukrayna qüvvələrinin nəzarətindədir. Onun sözlərinə görə, küçələrdə döyüşlər davam edir.
“Ruslar hər şeyi məhv edir”, – deyən Qayday televiziyada verdiyi açıqlamamasında bildirib ki, “onlar yaşayış binalarını tanklardan və artilleriyadan atəşə tuturlar”.
Severodonetsk artıq bir neçə həftədir ki, döyüşlərin diqqət mərkəzindədir. Rusiya qüvvələri fevral ayında ölkənin müxtəlif yerlərində dəf edildikdən sonra şəhər hücumun mərkəzinə çevrilib.
Serqey Qayday “RBC-Ukraine” xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, ölkənin xüsusi təyinatlıları bir neçə gün əvvəl əks-hücum əməliyyatına başlayıb və şəhərin demək olar ki, yarısını təmizləyib. Lakin Rusiya atəş və hava zərbələri ilə ərazini məhv etməyə başladığı zaman onların orada qalmasının mənası olmayıb.
Qayday, həmçinin Severodonetskin yaxınlığında yerləşən Lisiçanskında atəşə tutulduğunu bildirib. O, “Telegram”da Rusiya qüvvələrini xəstəxanalar və humanitar yardım paylama mərkəzlərini qəsdən hədəf almaqda ittiham edib. Lisiçanskın isə tam olaraq Ukrayna ordusunun nəzarəti altında olduğunu, lakin “güclü və xaotik” atəşə məruz qaldığını bildirib.
Britaniya Müdafiə Nazirliyi iyunun 9-da yayımladığı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Rusiya ordusu Severdonetskə hücumu ilə yanaşı oradan 130 km şimal-qərbdə yerləşən İzium şəhərinin cənubuna doğru irəliləmək üçün səylərini artırıb.
“Rusiya Severodonetskə daha çox təzyiq göstərmək və ona Donetsk vilayətinin dərinliyinə doğru irəliləmək imkanı əldə etmək üçün çox güman ki, bu sahədə hərbi əməliyyatların sürətini bərpa etməyə çalışır” - deyə, hesabatda bildirilir.