Vəziyyət saatbasaat dəyişir
“Körpülərin hamısı dağıdılıb, şəhərə nəsə aparmaq mümkün deyil”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Severodonetsk şəhər administrasiyasının başçısı Aleksandr Stryuk iyunun 14-də Ukrayna televiziyasına deyib ki, üçüncü körpünün dağıdılmasına baxmayaraq, “şəhər təcrid olunmayıb”. “Çox mürəkkəb olsa da, kommunikasiya kanalları qalır”, – deyən Stryuk döyüşlərin daim davam etdiyini, yerdə vəziyyətin “saatbasaat dəyişdiyini” vurğulayıb.
O, Ukrayna hakimiyyətinin Severodonektsdək dinc sakinləri “sakitlik yaranan, yaxud daşıma imkanı olan hər dəqiqə” evakuasiya etdiyini deyib.
Stryuk şəhərdəki Azot kimyəvi zavodunda 500-dən artıq dinc sakinin qaldığını söyləyib. Rəsmilər bu zavodun Rusiya qüvvələri tərəfindən daim bombardman olunduğunu bildirirlər.
***
Ukrayna Baş prokuroru paytaxt Kiyev yaxınlığındakı Buça qəsəbəsində əlləri arxadan bağlı vəziyyətdə meyiti tapılmış yeddi dinc sakinin ölümünü araşdırır.
Mirotske kəndi yaxınlığındakı meşədə Rusiyanın keçmiş mövqelərinin tədqiqi nəticəsində “səngərlərdə güllə yarasından ölmüş, əlləri arxadan bağlı yeddi dinc sakinin meyiti” tapılıb.
Buça aprelin əvvəlində dünyanın diqqət mərkəzinə keçib. Rusiya əsgərləri bir aylıq işğaldan sonra tutduqları ərazilərdən çıxanda onlarla meyit, bəziləri əlləri bağlı aşkarlanıb. O vaxtdan ərazidə xeyli cəsəd tapılıb, Rusiyanın hərbi cinayətlər törətməsi iddiaları səslənib.
Ukrayna polisinin iyunun 13-də açıqladığı məlumata görə, ölkə boyunca 1200 dinc sakin meyitinin kimliyini müəyyənləşdirməyə çalışırlar.
***
Ukrayna rəsmiləri Rusiya qüvvələrinin Severodonetsk şəhərinin əksər hissəsinə nəzarət etdiyini bildirirlər. Ölkənin şərqində yerləşən bu şəhərə gedən bütün körpülər dağıdılıb. Kiyev Donbasda ağır döyüşlər getdiyini bəyan edir.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzianik iyunun 13-də intensiv döyüş getdiyini, amma Rusiya qüvvələrinin artilleriya üstünlüyünə, yaylım atəşi sistemlərindən istifadəyə görə şəhərə nəzarət etdiyini bildirib.
Motuzianikin sözlərinə görə, Rusiya qüvvələri “piyada bölümlərində böyük itkilər verir”, amma artilleriya və hücum təyyarələrinin köməyilə irəliləməkdədirlər.
Ukrayna rəsmiləri şəhərdə qalanlar üçün təchizat xətlərinin bağlandığını, hazırda evakuasiyanın mümkün olmadığını deyirlər. Severodonetski əkiz şəhəri Lisiçanskla birləşdirən üç əsas körpü dağıdılıb.
***
Severodonetsk və Lisiçanskın tutulması Rusiya qüvvələrinin Luqansk vilayətini bütünlükdə nəzarətə alması deməkdir. Hazırda bu vilayətin böyük hissəsi Rusiyanın dəstəklədiyi separatçıların əlindədir.
Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 13-də gecə müraciətində deyib ki, Donbas döyüşü “Avropada və Avropa uğrunda ən qəddar müharibələrdən biri kimi hərb tarixinə düşəcək”.
Zelenski qüvvələrinin “texnika, özəlliklə artilleriya sistemlərinin həcmi baxımından rusiyalıların ciddi üstünlüyü ilə üzləşdiyini” deyib, bir daha Qərbi Ukraynanı müdafiə edənlərə daha çox müasir ağır silah sistemi göndərməyə çağırıb.
“Bu döyüşün bədəli çox böyükdür. Sadəcə dəhşətlidir. Gündəlik olaraq tərəfdaşlarımızın diqqətini bir fakta yönəldirik ki, Ukraynaya gərəkli sayda müasir artilleriya üstünlüyümüzü təmin edər, Rusiyanın Ukraynanın Donbasına işgəncəsinə son qoyar”, – o, sözlərinə əlavə edib.
Zelenski Ukrayna əsgərlərinin hücumu dayandırmaq üçün hər şeyi elədiklərini vurğulayıb.
***
Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday daha öncə deyib ki, Severodonetskdən çıxan üç körpünün hamısı istifadəsiz haldadır, şəhərdə qalanlar üçün şərait “həddən artıq çətindir”.
“Körpülərin hamısı dağıdılıb, bu gün şəhərə nəsə aparmaq mümkün deyil”, – deyən Qayday evakuasiyaların mümkün olmadığını vurğulayıb.
O, Rusiya qüvvələrinin qaz, su, elektrik infrastrukturunu tamamilə dağıtdığını, tibbi xidmətlə bağlı “nəhəng problemlər” olduğunu söyləyib.
Qayday Rusiya ordusunun Severodonetskin 70-80 faizinə nəzarət etdiyini bildirib. Müharibədən qabaq şəhərdə 100 mindən çox insan yaşayırdı.
***
Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların liderlərindən Eduard Basurin isə iyunun 13-də Severodonetskin “faktiki” mühasirəyə alındığını deyib.
“Severodonetskdə qalan Ukrayna bölmələri həmişəlik orda qaldılar”, – Basurin Donetskdə mediaya deyib.
Ancaq Rusiyanın Ukraynanın şərqində hücumu baha başa gəlir, Bunu Britaniyanın Müdafiə Nazirliyi iyunun 14-də gündəlik kəşfiyyat bülletenində bildirib.
Bülletendə Rusiyanın Hərbi Sənaye Komissiyasının aparıcı rəsmisinə istinadla deyilir ki, müdafiə xərcləri 600-700 milyard rubl (10.5 milyard- 12.3 milyard rubl) arta bilər, bu isə Rusiyanın müdafiə büdcəsində 20 faizlik artım deməkdir.
***
Britaniya kəşfiyyatı Rusiya qüvvələrinin son həftələrdə ilk dəfə olaraq Ukraynanın Xarkov regionunda kiçik irəliləyiş etməsinin “mümkünlüyü”nü qeyd edir.
Ukrayna Baş Qərargahı daha öncə Rusiya əsgərlərinin Severodonetskdən 50 km qərbdə yerləşən Bohorodiçne kəndində möhkəmləndiyini bildirib.
Bohorodiçnenin tutulması isə Rusiya qüvvələrini daha böyük və vacib şəhər olan Slovyanska hücumdan ötrü yaxşı mövqeyə çıxarır.
Basurin Moskvanın dəstəklədiyi qüvvələrin Slovyanska hücuma başladığını desə də, bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.