vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
20:18 | 16 iyun 2022 | Cümə axşamı Məqaləyə 607 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Üç lider Kiyevə gəlib

Almaniya, İtaliya, Rumıniya və Fransa dövlət başçıları Zelenski ilə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya, İtaliya, Rumıniya və Fransa liderləri cümə axşamı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək Kiyevin daha çox silah tədarükü və Rusiya ilə müharibəyə yardımda daha sərt tədbirlər görüləcəyi ümidinə dəstək nümayiş etdirib.

Avropa liderlərinin Kiyevə gəlişi növbəti həftə Aİ liderlərinin Brüsseldə keçiriləcək sammiti, eləcə də iyunun 29-30-da Madriddə keçiriləcək NATO-nun zirvə görüşü ərəfəsində baş tutub.

Rusiya təcavüzünün başlanğıcından bəri Ukrayna paytaxtına ilk belə səfərdə olan Fransa (Emmanuel Makron), Almaniya (Olaf Solts), İtaliya (Mario Draqi) və Rumıniya (Klaus Yohannis) liderləri müharibə başlayandan Ukraynanı tərk etməyən Zelenskini alqışlayıb.

Görüş dörd avropalı liderin işğalın əvvəlində şiddətli döyüşlərin getdiyi İrpin şəhərində dağılmış binaları və qəzalı avtomobilləri ziyarət etməsindən sonra baş tutub.

Səfərin məqsədi Rusiya qoşunlarının törətdiyi mümkün hərbi cinayətlərə diqqəti cəlb etməkdir. Şolts isə bunu “ağılasığmaz vəhşilik” və “mənasız zorakılıq” adlandırıb.

“Bu, barbarlıq damğası ilə seçilən qəhrəman şəhərdir”, – deyə Makron jurnalistlərə bildirib.

Kiyev bundan əvvəl Fransa, Almaniya və bir qədər də İtaliyanı silahların çatdırılmasında ləngiməkdə ittiham etmişdi.

Bu tənqidlə bağlı sualı cavablandıran Makron silah təchizatı və maliyyə dəstəyinə işarə edib.

“Fransa və Avropa əvvəldən Ukraynanı və onun xalqını dəstəkləyib”, – deyə o qeyd edib.

Ukraynanın 27 Aİ ölkəsinə qoşulmaq istəyi və Rusiyaya qarşı döyüşmək üçün daha çox silah tələbinin Aİ liderləri ilə İrpinə onları müşayiət etməyən Zelenski arasında danışıqların iki əsas mövzusu olacağı gözlənilir.

“Onların danışdıqlarının çoxu yenidənqurma ilə bağlı idi. Ağrı, ümid haqqında, həm də gələcəkdə nə etmək istədikləri haqqında fikirlər”, – deyə Mario Draqi bildirib.