vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
18:45 | 13 mart 2014 | Cümə axşamı Məqaləyə 2942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millət vəkilindən Jirinovskiyə cavab

«Problemin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovskinin fikrincə Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər.

Rusiya Xəbər Xidmətinə müsahibəsi zamanı Vladimir Jirinovski Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni və qəribə təklif verib: »Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. Buna görə də ən yaxşısı onu Rusiyanın tərkibinə daxil etməkdir. Onda həm ermənilər inciməyəcək, həm də azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda qalmayacaq və Rusiyanın tərkibinə keçəcək».

Millət vəkili Çingiz Qənizadə Jirinovskinin həmin təklifinə belə cavab verib: «Əvvəla Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən, Rusiyadan daha çox asılıdır. Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olmuşdur. Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə, qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə, birinci şəxslərin ətrafında təlxəklər olmuşdur. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz».