vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
19:41 | 25 iyun 2022 | Şənbə Məqaləyə 1452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bağırzadə günahsızdırmı?

Onun oynadığı rolun ssenarisi Qum, Məşhəd, Nəcəfdə aldığı təlim dövründə yazılıb

İlqar ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

İndi, Taleh Bağırzadə, “Müsəlman Birliyi Hərəkatı” müdafiəçiləri-İranyönlü dindar və demokratlar tez-tez vurğulayırlar ki, Taleh Bağırzadə suçsuz, günahsız həbsdədir. Bu, yalandır və qərəzlidir.

Taleh Bağırzadənin əsl mahiyyətini, iç üzünü həm də niyyətini aşağıdakı tezislərlə ortaya qoyaq. Onun 24 oktyabr 2015-ci il tarixdə Maştağa qəsəbəsində, Həzrət Abbas məscidi qarşısında minlərlə camaata ünvanlı nitqi çıxışını götürək. 

1. “Azərbaycan milli-dövlətçiliyi Kərbəla müsibəti və oradan da hüzeynçiliyə söykənir!”, kimi açıq çağırış edir. Ölkədəki milli dövlətçiliyi, Azərbaycan dövləti mənbəyini “vurmaqdır” bu. 

2. “Azərbaycan xalqının milli kimliyi aşuraya, hüseynçiliyə söykənir. İmam Hüseyn bu xalqa iki yol qoyub: ya hüseynçi olmalısan, ya qaniçən yezidsən, ikinci yol yoxdur!”. Bu, Azərbaycan xalqının milli kimliyini məhv etmə və həm də ölkədə dini savaş, bölücülük salma çağırışdır. 

3. “Azərbaycanı yalnız hüseynçi xislət, təfəkkür tərzli insanlar idarə edə bilər!”. Bu, Azərbaycan hakimiyyət dəyişikliyi və ölkənin idarəçiliyində yalnız radikal şiə islamçılarını görmə çağırışdır. 

4.  “Qanımızı töküb, onları qanla boğarıq!” kimi açıq təhdid, ekstremist çağırışla icazəsiz aksiya keçirən dindarlara belə bir imkan verilmədikdə, hüquq mühafizə orqanlarına qarşı itaətsizliyə, iğtişaşa səsləməkdir. 

5. T.Bağırzadə bütün bu, cinayət tərkibli, xarakterli antidövlət və antiictimai çıxış, çağırış və təbliğat-təxribatlardan sonra çox irəli gedib, çox həddini aşdığını duyur. Qanun qarşısında adekvat cavab verməli olacağını hiss edib üz tutur, dini təəssübkeş Nardaran camaatı tərəfə. 

6. Nardaran kəndində, dindar camaat arasında tapdığı sığınacaqda da sakit oturmur, oranı da qarışdırmağa başlayır. Özünü din xalq əzabkeşi kimi göstərərək, gözlənilən həbsdən müdafiəsi üçün orada bəzi silahlı dini ekstremistləri polis orqanları ilə qarşıdurmaya hazırlayır. 

7. 26 noyabr 2015-ci il tarixdə Nardaranda hüquq-mühafizə orqanlarının keçirtdiyi həbs tədbiri zamanı yaranmış qarışıqlığın mərkəzində, qarşılıqlı güllə-boranın içində olur. Altı nəfərin (2-si polis əməkdaşı) ölümü, xeyli də yaralıya nisbətdə, bunun heç burnu belə qanamır. Və neçə aylıq gərgin istintaqdan sonra, məhkəmə qarşısında hamıdan gümrah, öz səs-küyü və təxribatçı ampluasında olur.

8. Məhkəmədə həyasız və ağlasığmaz iddia ilə Nardarandakı əməliyyat zamanı polisə heç bir müqavimət göstərilmədiyini və polisin öz həmkarlarını qəsdən (guya namaz qıldıqları üçün) güllələdiyini bəyan edir. Belə bir absurd məntiqsizliklə dünya kriminalistikasını, operativ əməliyyat tədbirləri tarixini inkar etmək istəyir. Çünki, indiyədək dünyada qeydə alınmayıb ki, polis cinayətkarların həbsi əməliyyatında  qəsdən öz əməkdaş zabitlərini güllələsin. 

9. Həbs üçün istintaqa çağırılmalı olduqlarını, polisin onları xüsusi olaraq öldürmək üçün gəldiyini iddia edir. Bu bisavad bilmir ki, həbs əməliyyatı tədbirinin bir qanuni forması da, kəskin qəfləti həmlə ilə təqsirlini yaxalamaqdır. İkincisi, polisin terrorçu öldürmək, məhv etmək planı olsa tikiliyə yaxınlaşmır, dünya praktikası üzrə, aralıda tankı qoyur, xəbərdarlıqdan sonra həmin tikilini içərisindəkilərlə birlikdə məhv edir.

Bütün bu göstərilənlərdən ümumi bir nəticəyə gəlsək, bir xüsus daha aydın olur: T.Bağırzadə öz oyun və fırıldaq hərəkətləri ilə bizim bu ölkədə hamını: dindar kəsimi, sıravi insanlar, cəmiyyəti, xalqı, dövləti ələ salmağa çalışır. Bu isə, alınmır. 

P.S.: Bunlar, həmin səhnədir ki, ssenarisi Talehin bir neçə illər İran islam-şiə rejimi beşikləri Qum, Məşhəd, Nəcəf şəhərlərində aldığı təhsil-təlim dövründə yazılıb. Tale Bağırzadə və “Müsəlman birliyi Hərəkatı” ilə reallaşdırılmağa çalışılan bu ssenarinin əsl hədəfi, heç də, onun çıxışlarında biclik-ustalıqla vurğuladığı: iqtidarla mübarizə, sağlam dinin, dindarların müdafiəsi və s. deyil. 

Əsil hədəf Azərbaycandır. Azərbaycan xalqının milli kimliyi və birliyi, dövlət quruluşunu və dini təriqət düşüncəsini dəyişməkdir. Nəticə etibarı ilə Azərbaycanın parçalanıb ləğv edilib, hansısa bir dövlətin əyalətinə çevrilməsi planına xidmət etməkdir. Öz ölkəsi, vətəni, xalqına xəyanətdən başqa bir şey deyil bu. Bunu bilib, görməliyik!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)