İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:47 | 25 iyun 2022 | Şənbə
Məqaləyə 1182 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Təşkilatının üzvü Mahmud Məhəmmədi Əraqi Azərbaycan Respublikasına qarşı təhdid dolu bəyanat yayıb. O, Bağırzadə və onun həbsdəki cinayət ortaqlarını özünün dostu adlandırıb və onların həbsdən buraxılmasını istəyib.
“Onlar islam dünyasının başqa bir bölgəsində olsalar da, əslində Qum şəhəri və İrana aid olduqları üçün müsəlman ümməti onlara qarşı həssasdır”, – deyə, Əraqi həbs olunanların Qum mərkəzi və İran hökumətinə bağlı olduqlarını etiraf edib.
Mahmud Məhəmmədi Əraqi bəyanatının sonunda Azərbaycan Respublikasını “öz səhvlərini düzəltməyə” çağırıb.
Özəlliklə İran İnqilab Keşikçiləri Korpusunun mediasında daha geniş yayılan bəyanatdan sonra radikal dini kəsim və panfarsist qruplar Azərbaycana qarşı çox sayda təhdid mesajları yazıblar.
Onlar köhnə iddiaları bir daha təkrar edərək Azərbaycan Respublikasını İsrailin sonuncu əyaləti adlandırıb və Tehran hökumətinin sərt tədbirlər görməsini istəyiblər.
Qeyd edək ki, Mahmud Məhəmmədi Əraqi “Sistemin Məsləhətini Müəyyənləşdirən Təşkilati”, “Ekspertlər Məclisi”, “Mədəni İnqilab Ali Şurası” və “Mübariz Ruhanilər Cəmiyyəti”nin üzvüdür.
O və o statusda olan şəxslərin bəyanatları Əli Xameneyinin və İran hökumətinin mövqeyini əks etdirir.