vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
OLAY  
17:00 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 1591 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir bir rəisi qovdu...

İkisinə töhmət verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan rayon ƏSMM-nin direktorunu vəzifəsindən azad edib.

Nazirlikdən mətbuata verilən məlumata görə, nazirin iştirakı ilə bu gün iclas keçirilib. İclasda iki rayonun ƏƏSMM-lərinin direktorlarına töhmət verilib, həmçinin ayrı-ayrı mərkəzlərin vəzifələrini düzgün şəkildə yerinə yetirməyən əməkdaşları barədə intizam tədbirlərinin görülməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

İclasda bildirilib ki, daxil olmuş məlumatlar əsasında Ağdam, Ağcabədi, Lerik, Saatlı, İmişli rayon ƏSMM-ləri tərəfindən ünvanlı sosial yardım təyinatında yol verilmiş nöqsanlar araşdırılaraq ciddi tədbirlər görülüb. Bununla bağlı olaraq, artıq ödənilmiş vəsaitin bərpa etdirilməsi təmin olunmaqla, həmin mərkəzlərin məsul şəxsləri barədə ciddi intizam tədbirləri görülmüş, o cümlədən hər iki mərkəzin direktorları vəzifələrindən azad edilib.