«Xəyanəti qəbul edə bilmərəm»
Vaqif Sadıqov danışdı
Rövşən ƏHLİMANOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AZAL Kiyevə uçuşları ləğv edib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
-
Milyard dollarlıq müqavilə ləğv olunur
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
-
AZAL qiymətləri endirdi
Fevralın sonuna kimi ...
-
İgid pilotun “Əbədiyyətə uçuş”u
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
-
Obra-ka-dabro…
AFFA qərar verərkən MK ilə məsləhətləşirmi, yoxsa …
-
Gözləyirdim, Vaqif Sadıqov deyəcək ki, ...
Amma ...
-
“Yəhudilər Azərbaycan məsələsində yekdildir”
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
-
«Təyyarə biletləri bir az da ucuzlaşacaq»
Nazir: «Atılan addımlar davam etdiriləcək»
-
«British Airways»ın simicliyi
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
-
«Kapitan icazə vermədi»
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
-
AZAL-ın işçiləri ingilis dilini bilmir?!
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
-
Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görüldü
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
-
«Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq...»
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
-
AZAL-la «Boeing» arasında saziş imzalandı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
-
Məhv edilmiş sabah ...
... Yaxud müəllimini göstər, deyim «kimsən?»
-
AZAL daha 6 təyyarə alır
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
AZAL-ın sabiq baş məşqçisi Vaqif Sadıqovun istefasından sonra verdiyi ilk müsahibəsini Sizə təqdim edirik. Baş məşqçi ilə futbolinfo.az-ın əməkdaşı söhbətləşib.
- Öncə istefadan danışaq. Bu qərarı verməyinizə nə səbəb oldu?
- Səbəb uğursuzluq idi. Komandanın qarşısına qoyulan hədəflər vardı. Komanda 7 oyuna 2 xal almışdı. Hansısa bir addım atmaq lazım idi. Bu qərar həm mən, həm də rəhbərlik tərəfindən qəbul olundu.
- AZAL-ın vəziyyəti göz qabağındadır. Hazırkı durumla hər hansı bir iddiadan söz açmaq olar?
- Bizim qarşımıza çemionluq məqsədi qoyulmamışdı. Yalnız avrokuboklara getməyə çalışırdıq. İmkan qədər yuxarı pillələrdə olmağa çalışırdıq. Ancaq hardasa bizim şanslarımız vardı. Sadəcə uğursuz zolağa düşdük və nəticə bu oldu.
- AZAL-ı siz daha yaxşı tanıyırsız. Bu heyətlə hansısa uğurdan danışmaq olar?
- Əgər biz 6 turdan sonra 1-ci yerdəydiksə, deməli, potensial var. Amma ortada nə iddia, nə də məqsəd var. Məncə, bu haqda nəsə demək düzgün olmazdı. Ancaq biz çalışırdıq. Dünənki «Neftçi» ilə oyun onu göstərdi ki, komanda düz yoldadır. Sadəcə, nəsə çatışmır, bir balaca səviyyə öz sözünü deyir. O da get-gedə öz həllini tapacaq. AZAL da gələcəkdə bu məsələləri həll edərək, avrozonaya düşmək arzusunu həyata keçirə biləcək.
- Yeni gələn baş məşqçi Vaqif Sadıqovdan daha artığını edə biləcək?
- Mən rəhbərliklə görüşümdə bildirdim ki, bundan artığına nail ola bilmədim. Mən canımı da qoymuşam, vicdanım təmizdi. Əlimdən gələni etmişəm. Bundan artığını edə bilmərəm. Ona görə də, bəlkə belə düşündülər ki, kimsə gəlib daha artığını edə bilər.
- 4 futbolçu satıb, 7 futbolçu alan və əlavə pulu da qalan komandanın Avropa iddiası nə dərəcədə düzgündü?
- Onlar mənim səhvimdi. Həmin 4 futbolçu gedəndən sonra işi lazımı səviyyədə qurub, onların yerini doldura bilmədik. Hesab edirəm ki, onları əvəz edə biləcək futbolçular var. Lakin buna vaxt lazımdı. Sadəcə, bir az lider keyfiyyətinə malik olan futbolçu lazımdı. Hansı ki, o, komandanı arxasınca apara bilsin. İnanıram ki, bu boşluqları yeni baş məşqçi aradan qaldırmağa çalışacaq.
- Vaqif Qasımov bildirmişdi ki, baş məşqçi ilə müqavilə ola-ola onu komandadan göndərmək qeyri-peşəkarlıqdı. Demək olar ki, AZAL da qeyri-peşəkar klubdu?
- Yox, mən belə deməzdim. Çünki biz ümumi qərar qəbul etdik. Yəni bu təkcə rəhbərliyin qərarı deyil. Bu gün hər iki tərəf buna hazır idi.
- Artıq yeni klub haqqında düşünmək olar?
- Yox, yox bu haqda düşünmürəm. Nəhayət ki, ailəmlə bir yerdə olmağa vaxt tapdım. Bundan sonra da heç olmasa yaxınlarımı görməyə vaxtım olacaq. Mən istirahət etmək istəyirəm. Bu müddət ərzində mən bütün gücümü AZAL-a vermişəm. Səhər məşq başlayıb, axşam bitirdi. Ən yaxşı halda biz axşam saat 10:00-da ayrılırdıq. Onlarla son görüşüm də saat 8-də oldu. Səbəbləri açıqlayıb, komandadan ayrıldım. Sonra futbolçuları yığıb, onlara «Neftçi» ilə oyun üçün taktika verdim. Onlardan xahiş etdim ki, oyuna köklənsinlər. Elə yaxşı oldu ki, sizinlə danışdım. Ola bilsin bayrama görə ailəmlə gəzintiyə çıxdıq və bir neçə gün olmadım.
- AZAL-ın baş məşqçi postuna Tərlan Əhmədovun gələcəyi deyilir. Sizcə, bu, doğru seçimdi?
- Bunun doğru olub olub-olmaması onların seçimidir. Mən heç vaxt xəyanəti qəbul edə bilmərəm. Komandada baş məşqçi ola-ola başqa məşqçi ilə danışıqlar olmamalıdır. Mənim üçün kim olacağının fərqi yoxdu. Təki, komandanı qabağa aparsın. Kim olacaqsa, ona uğur arzulayıram.