vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
08:14 | 7 iyul 2022 | Cümə axşamı Məqaləyə 733 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kramatorska faciəsi

Yaxud stansiyaya hücum zamanı ayaqlarını itirən ailə üzvləri həyat dramı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya qüvvələri aprelin 8-də Ukraynanın Kramatorsk şəhərində izdihamlı dəmir yolu stansiyasına atəş açdığı zaman 59 nəfər öldü, 109 nəfər yaralandı. Ancaq bir ana ilə qızı sağ qaldı və indi onlar protez üçün ABŞ-a üz tuturlar.

Qızı Yana ilə birlikdə iki ay Lvov xəstəxanasında keçirən Natalya Stepanenko göz yaşlarını saxlaya bilmir. Onun aldığı xəsarətlər ağır olsa da, həkimlər ümidin olduğunu deyir.

“Müasir yüksək texnologiyalı protezlər onların ayaqlarının tam işlək olmasını təmin edəcək. Onlar gəzə, hərəkət edə, özlərinə qulluq edə, qaça və rəqs edə biləcəklər. Uşaqlar həyatlarını tam şəkildə yaşaya biləcəklər”, – uşaq cərrahı Dmitro Hritsak deyir.

Əkizlər Yana və Yaroslavın 11 yaşı var. Onlar anaları Natalya ilə birlikdə Donetsk bölgəsinə Nyu-York kəndinin sakinidirlər.

“Instagram”da şəkillərə baxanda görürsən ki, bizim avtobus dayanacağımız dağılıb. Bazarda yalnız üç piştaxta açıqdır. Novoselivkanın qonşuluğundakı Petrunki kəndinə təkcə bir insan qalıb. Hər şey dağılıb. Anam martın 22-də orada ölüb”, – Natalya deyir.

Stepanenko aprelin 8-də iki uşağı və şəxsi əşyaları ilə birlikdə Kramatorsk dəmir yolu vağzalına gedib.

Onlar təxliyə qatarını gözlədikləri zaman stansiyaya Rusiyanın raket zərbəsi endirilib. 109 nəfər yaralanıb, 59 nəfər, o cümlədən yeddi uşaq həlak olub. Natalya və Yana hücum nəticəsində ayaqlarını itiriblər.

“Mən qəribə səslər eşitdim, sanki nə isə uçurdu və fit verirdi. Mən platformadakı hər kəsin oturduğunu gördüm. Sonra hər şey qaraldı və birdən mən heç nə eşitmədim. Ardınca gözlərimi açdım və ayaqlarımın yandığını hiss etdim. Ayaqlarımı qaldırmağa çalışdım, amma onları görə bilmədim. O an, ayaqlarımın olmadığını dərk etdim”, – Natalyanın qızı Yana Stepanenko deyir.

“Yaroslav vağzal binasının içində idi. Məni polis çağırdı və “oğlun buradadır, gəl onu apar dedi.” Mən də hələ platformanın üzərində uzanmışdım, ona görə də “Necə gəlim, ayağım partlayıb” dedim. Polis də onu evinə apardı”, – Natalya deyir.

Stepanenko ailəsi Sərhədsiz Həkimlər Təşkilatının yardımı ilə istismara verilən tibbi qatarlarla Lvova aparılıb. Orada Yana və Natalya bir neçə dəfə əməliyyat olunub, onların ayaqları amputasiya edilib. 11 yaşlı Yaroslav isə onların baxıcısına çevrilib.

“O bu müddətdə xeyli böyüdü. Yəni hadisə baş verdiyi zaman 11 yaşı var idisə, indi sanki 22-dir”, – Dmitro Hritsak bildirir.

Xəstəxanada bir neçə ay keçirən Stepanenko uşaqlarının əhvalını müsbət tutmağa çalışır.

“Sizin qoruyucu mələyiniz var, mənim də. Bu müharibə səbəbilə çox sayda uşaq əlsiz-ayaqsız qalıb....Onlar yaşayacaqlar, böyüyəcəklər. Siz də. Hər şey yaxşı olacaq”, – o deyir.

Ailə üzvləri protez taxmaq və yenidən gəzməyi öyrənmək üçün reabilitasiyadan keçmək məqsədilə Birləşmiş Ştatlara üz tuturlar.