vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:14 | 8 iyul 2022 | Cümə Məqaləyə 624 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaxt Putinin tərəfində deyil

Ukrayna müharibəsi Kreml sahibinin Vyetnamına çevrilir

Ceyms Corc STAVRİDİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Sonu görünməyən Ukrayna müharibəsi beşinci ayayında bir sıra müşahidəçilər “Qərb Ukraynanı dəstəkləməkdən yorulacaqmı?” sualını verməyə başlayırlar. Bəzi şərhçilər “vaxt Putinin tərəfindədir” və inflyasiya, Rusiyanın Ukraynanın aqrar (əkin) və karbohidrogen məhsullarını qlobal iqtisadiyyata ixracını dayandırması nəticəsində yaranan iqtisadi problemlər qarşısında NATO və digər qlobal demokratik ölkələrin sərt reaksiyasının tədricən zəifləyəcəyini düşünürlər. Daxili siyasi bölünmələr (xüsusilə ABŞ-da) və 7 gün 24 saat yayılan amansız xəbərlər dövrü davam etdikcə yorğunluq yaradır.

ABŞ-ın Vyetnamdakı təcrübəsini yada salacaq qədər yaşlıyam və Putinin vəziyyəti getdikcə mənə Vyetnamdakı uzun, ağrılı bədbəxtliyi xatırladır. Münaqişənin əvvəlində zəif kartla oyunu başlayan Putinin, günü-gündən əlindəkilər daha da zəifləyir. Məncə, zaman Kreml sahibincən daha çox Ukrayna və Qərbin tərəfindədir və il keçdikcə bu daha aydın görünəcək.

Hərbi meydandakı faktlarla başlayaq. Putinin ilkin məqsədi bir zərbə ilə bütün Ukraynanı fəth etmək, Zelenski hökumətinin məhv edib, Kiyevdə kukla rejim qurmaq idi. Həddindən artıq inam, pis kəşfiyyat, daha pis hərbi idarəçilik, bərbad maddi-texniki təminat və hərbi meydanda  bacarıqsız rəhbərlik nəticəsində “A planı” uğursuz oldu. Onun “B planı” ənənəvi Sovet/Rusiya taktikasına geri çəkilməkdir: bəlli kiçik əraziləri bölüb və düşünülmüş hərbi cinayətlər kampaniyası ilə Ukraynanın mülki əhalisinə qarşı terror etmək.

Lakin ABŞ-ın Vyetnamda olduğu dövr kimi, Ukraynada da əhalinin əksəriyyəti kənar təcavüzkarın qəti əleyhinədir. İşğal zamanı ukraynalılar rus ordusunu rus əsgərlərinə vəd edildiyi kimi araq şüşələri ilə qarşılamaq əvəzinə, molotov kokteyli ilə qarşılayırdılar. Müharibə cinayətlərinin ifşası ukraynalıların müqavimətini və iradələrini nə qədər gücləndirəcəksə, zaman o qədər də qətiyyətlərini gücləndirəcək.

Beləliklə, Putinin situasiyası həqiqətən dəyişib və əhəmiyyətli əlavə ərazilər əldə etmək şansı da az görünür. Əslində Rusiya işğaldan əvvəl Ukraynanın 15 faizinə nəzarət edirdi. Qarşısına Ukraynanın 100 faizini əldə etməyi məqsəd qoyan Rusiya ən yaxşı halda bu işi 20-25 faiz faizlə yekunlaşdıra bilər. Bu, hər hansı bir imtahanda uğursuz qiymətdir.

Həmçinin Putin ABŞ-ın Vyetnamdakı təcrübəsi kimi kənardan  bazalara çıxışı olan qətiyyətli düşmənlə üz-üzədir. ABŞ o müharibədə silah axınını heç vaxt uğurla dayandıra bilmədi və ruslar da ukraynalılara yönələn əhəmiyyətli yardımı dayandıra bilməyəcəklər. Həqiqətən də, ukraynalılar öz sərhədlərindən daha çox silah axınından, üstün kəşfiyyatdan və kiber dəstədən və 60-cı illərin müharibəsindəkindən daha çox əhəmiyyətli maliyyə resurslarından istifadə edirlər.

Həm rus əsgərlərinin itkilər, həm də onların texnikalarının məhv olunması sürətlənir. Etibarlı hesablamalar göstərir ki, öldürülən rus əsgərlərinin sayı 40.000-ə doğru gedir – bu təəccübləndirən rəqəm Amerikanın ötən 20 ildə xaricdəki sonsuz mübaribələrdəki (forever war) itkisinin hardasa 3 qatıdır. Qara dəniz flaqmanı Moskva gəmisinin batması Rusiya Hərbi Dəniz Qüvvələrinin ürəyinə xəncər oldu. Minlərlə çox rus tankı məhv edilib. Putin Rusiyanı tam müharibə vəziyyətinə gətirmədən itki səviyyəsi belə davam edə bilməz. Zaman keçdikcə bu, mediaya nəzarətdən asılı olmayaraq Putinin hakimiyyətinə təsir edəcək. Putin LBJ kimi ((Lyndon Baines Johnson) Lindon Beyns Conson – Vyetnam savaşı zamanı ABŞ prezidenti) qarşısındakı ağrılı seçimləri başa düşəcək.

Bəzi mənalarda Putinin vəziyyəti Vyetnamdakı ABŞ-ın vəziyyətindən daha pisdir. Putinin demokratik opponentləri – ABŞ, Avropanın əksər hissəsi, bütün NATO, Yaponiya, Avstraliya və digərləri – dünya ÜDM-nin təxminən 60 faizini təşkil edirlər. Rusiya iqtisadiyyatı cəmi 10 faiz civarındadır və buna görə də onlar iqtisadi sahədə ciddi şəkildə geridə qalırlar. Çin Rusiyaya həyat xətti təmin etmək üçün az meyl nümayiş etdirir və əgər ABŞ Rusiya ilə iş görənlərə ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, iqtisadi vəziyyət zamanla Putin üçün daha da ağırlaşacaq.

Xoşbəxtlikdən Kiyev üçün, ukraynalılara dəstəyin dəyəri – Qərb iqtisadiyyatlarının böyük ölçüsü ilə müqayisədə – olduqca kiçikdir. Əməliyyatların zirvəsində Əfqanıstan və İraqa gündə milyardlarla dollar göndərilən vəsaitlə müqayisədə, Ukraynanın hazırkı dəstəyi standardlara görə yüksək deyil .

Nəhayət, strateji kommunikasiyalar da Putinin əleyhinə işləyir. Prezident Zelenski Kiyevdəki “nasist rejimi”nin devrilməsi ilə bağlı rus rəvayətlərini asanlıqla geridə qoyaraq usta ünsiyyətci olduğunu sübut etdi. Zaman keçdikcə Zelenskinin öz millətinin mənafeyini yüksəltməklə öz bacarığını təsbit etmiş olacaq.

Putinin ən çox ehtimal olunan hərəkəti döyüş zamanı ölən ruslar, məhv edilmiş avadanlıqlar, sarsıdıcı sanksiyalar və beynəlxalq etirazlar baxımından “tam uğursuzluğ”a varmadan  mümkün qədər çox ərazini zəbt edib təhlükəsizliyini təmin etmək ola bilər. Kreml çıxış strategiyası kimi, yəqin ümid edir ki, qərb Ukrayna xalqına Rusiyaya de-yure Ukraynanın 20 faizinə nəzarəti təmin edən barışıq sazişini qəbul etməsi üçün təzyiq göstərəcək.

Bütün hərbi cinayətləri və Ukraynanın ruhlu müqavimətini nəzərə alsaq, bu, indiki məqamda çətin görünür. Bu amillərin hər ikisi gələcək aylarda sərtləşəcək. Vyetnamdakı ABŞ kimi, Rusiya prezidentinin əlindəki pis bir kart onu ciddi bir məğlubiyyətə aparır. Zaman Putinin tərəfində deyil.

“Time” jurnalının redaktoru Ceyms Corc STAVRİDİS (James George STAVRİDİS), NATO-da Müttəfiq Qüvvələrinin 16-cı Ali Baş Komandanı və “Carlyle” qrupunda qlobal məsələlər üzrə sədr müavini və Rokfeller Fondunun İdarə Heyətinin sədridir. Hərbi rütbəsi admiral olan Stavridis “2034: Növbəti Dünya Müharibəsi” romanının müəlliflərindəndir. Onun yeni qeyri-bədii digər kitabı “Hər şeyi riskə atmaq: Doqquz münaqişə və qərarın zirvəsi” adlanır.