vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
18:42 | 18 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 1544 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əli Həsənov Elnur Aslanovdan danışdı

«Biz buna nəzarət edə bilmərik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Özəl saytların Elnur Aslanovun işdən çıxarılması xəbərini verib-verməməsi onların öz işidir». Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ANS-ə bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılması xəbərini özəl sayt və portallarda dərc edilməsi onların öz kurasiyasına aiddir.

«Prezident Administrasiyasının rəsmisi kimi biz buna nəzarət edə bilmərik, çünki hər bir internet resursunun öz iş mexanizmi var. Biz isə yalnız dövlət sayt və kütləvi informasiya vasitələrində gedən materiallara nəzarət edirik», - deyə Əli Həsənov bildirib.

Xatırladaq ki, Elnur Aslanovun nəzarətindəki saytlar prezidentin sərəncamını öz oxucularına, demək olar ki, təqdim etməyib. 1news.az, gün.az, bakupost.az və digər saytlar Prezidentin sərəncamını düz bir saat sonra, özü də adi xəbər kimi və görünməyən yerdən qoyublar.