
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Ukrayna Moskvaya pilotsuz təyyarələrlə hücum edib
Rusiyanın ağır itki statistikası 260,700 hərbçiyə qədər artıra bilər
“Ümid edirəm ki, bundan istifadə etməyə ehtiyac qalmayacaq”
Vaşinqton təbii ehtiyatlara çıxışı Avropanın təhlükəsizliyindəki dominantlığı kimi baxır
Putinin dəyişəməyən mövqeyini bəzi respublikaçılar təkrar gördü
Rus dilini bilən Culi Deyvisin SSRİ təcrübəsi var
ABŞ prezidenti “Müharibəyə bir günə son qoyacağam” demişdi
“Dünyanın o biri başına ildırım sürəti ilə uçmaq niyyətində deyilik”
Rusiya istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır
ABŞ mətbuatı sazişi Ukraynanın qələbəsi adlandırır
“ABŞ azad, suveren və firavan Ukraynaya əsaslanan sülh prosesinə sadiqdir”
Almaniyanın keçmiş prezidenti tənqid etdi: “Məni narahat edən əqli zəifliyimizdir”
“Rusiya Ukraynadakı məqsədlərindən əl çəkməyəcək”
Rusiyada prokurorlar “Bellingcat” və “The İnsider” araşdırmaçı xəbər saytlarını ölkəyə “təhdid” elan edərək, Rusiya daxilində fəaliyyətinin “arzuolunmaz” olduğunu bildirib. Hakimiyyət həmçinin hüququn aliliyi və insan haqları üzrə ixtisaslaşmış, Praqada yerləşən CEELI İnstitutunun fəaliyyətini qadağan edib.
Rusiya Baş Prokurorluğu iddia edir ki, bu qurumlar “Rusiya Federasiyasının konstitusion quruluşunun əsasları və təhlükəsizliyinə təhdid yaradır”.
Prokurorlar Rusiya Ədliyyə Nazirliyin məlumat veriblər ki, bu qruplar “arzulolunmaz” təşkilatlar siyahısına alınsın.
Siyahıda 56 qurumun adı var.
Bu addım həmin qruplarla işləyən fərdlərin mümkün kriminal cəzalarla üzləşməsi deməkdir.
***
Niderlandda yerləşən, açıq mənbələrlə işləyən araşdırmaçı “Bellingcat” vebsaytı səkkiz il öncə Ukraynanın şərqində “Malaysian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması, Rusiya kəşfiyyat agentliklərinin fəaliyyəti, o cümlədən xaricdə sui-qəsdlər, digər həssas mövzularda araşdırmalar dərc edib.
Qurumun əsasını britaniyalı jurnalist Eliot Hiqqinz 2014-cü ildə qoyub. Bundan az öncə Rusiya Ukraynanı Krım yarımadasını ilhaq etmiş, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıları dəstəkləməyə başlamışdı.
Latviya paytaxtı Riqada yerləşən “The İnsider” jurnalist və fəal Roman Dobroxotov tərəfindən təsis edilib. Bu sayt vaxtaşırı “Bellingcat”lə araşdırmalarda əməkdaşlıq edib.
“The İnsider” Kremlin tənqidçiləri Aleksey Navalnı və Vladimir Kara-Murzanın Rusiya tərəfindən zəhərlənməsi iddiaları, o cümlədən Rusiyanın xaricdəki gizli əməliyyatları haqda geniş yazılar dərc edib.
“Bellingcat” və “The İnsider” Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunu da geniş işıqlandırır.
***
CEELİ İnstitutunun missiyasına məhkəmələrin müstəqilliyi və bütövlüyünün gücləndirilməsi, korrupsiya ilə mübarizə, vətəndaş cəmiyyətinə dəstək, hüquqi vərdiş və bacarıqların qurulması daxildir. Qurum korporativ və fərdi ianələrlə maliyyələşdiyini bildirir.
“Arzuolunmazlar” siyahısı Rusiya hakimiyyətinin tənqidçilərini cəzalandırması, yaxud susdurması üçün istifadə olunur. Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan siyahıdan istifadə də güclənib.
Krasnodar Diyarında məhkəmə iyulun 15-də demokratiya yönlü Açıq Rusiya hərəkatının keçmiş icraçı direktoru Andrey Pivovarova da hökm çıxarmalıdır. O, “arzuolunmaz” təşkilata başçılıqda ittiham olunub. Pivovarov ittihamı “gülünc” adlandırıb.