vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
CƏMİYYƏT  
16:57 | 16 iyul 2022 | Şənbə Məqaləyə 5012 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölkədaxili problemlər və əhalinin rifahı

Daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır

İlqar ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən 1 ay əvvəl, ölkə gömrüyü sahəsində vəzifəli şəxslərin həbsi barədə məlumat yayıldı, ancaq münasibət bildirməkdən öncə gözlədik ki, məlumat rəsmi təsdiqini tapsın. Budur, artıq Dövlət Təhlükəsizlik Xidməti (DTX) rəsmi yaydı.

Gömrük Komitəsinin bu vəzifəliləri artıq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib:

– DGK yanında “Azərterminalkompleks” birliyi direktoru, general Ehtiram Xəlilov, Gömrük və Əməliyyat-İstintaq İdarəsinin rəisi general Məsum Rəsulov, Enerji Resursları-Dəniz Nəqliyyatında İdarənin rəis müavini Rəşad Babayev, Gömrük yol vergiləri nəzarət şöbəsinin rəisi Şükür Səfərov.

Və həbslər bu qanunsuzluqlara görə aparılıb:

– müxtəlif maxinasiyalarla dövlətin malının və vəsaiti, pulunun külli miqdar mənimsənilməsi.

– Sahibkarlardan külli miqdar rüşvət alınması;

– Silahlı Qüvvələrin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılası, gömrük ambarlarındakı külli miqdarda siqaret məhsullarının xəlvət şəxsi firmalara ötürülməsi.

Söhbət 10 milyonlarla mənimsəmə, rüşvətdən gedir. Və bu idarə rəislərinin neçə-neçə aşağı rütbəli əməkdaşı da təbii ki, bu qanunsuzluğa qol qoyub. Və bu hələ, 1 ay istintaq araşdırma işinin nəticəsidir, istintaq-əməliyyat işləri hələ davam edir və proses bütün gömrük sistemini əhatə edə, nələri, kimləri ortaya çıxara da bilər. 

Keçək, yazıdakı məqsədimizin əsas məğzinə.

Bu gün, ölkə prezidenti İlham Əliyev bu ilin 6 ayının yekunları barədə keçirilən müşavirədə geniş çıxış etdi. Öncə dövlətin regional, xarici siyasi, iqtisadi işlərindən, təhlükəsizlik, hərbi, beynəlxalq təşkilatlar, ölkələrlə siyasi, iqtisadi və s. əlaqələr istiqamətli fəaliyyətdən danışdı. Doğurdan da bu yöndə böyük, hərtərəfli işlər aparılır, Azərbaycanın gedişatı mükəmməldir. 

Və bu an, diqqətçəkən bir məqama toxundu. 

Bildirdi ki, bu beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada apardığımız siyasət bizə imkan verir ki, daxildə problemləri uğurla həll edə bilək, çünki, hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün müsbət beynəlxalq fon lazımdır – ilk növbədə, qonşuluqda, dünyada.

Bəli, dünyada bu bir qaydadır. İlk növbədə hər bir ölkə üçün öz regional təhlükəsizliyini, xarici dəstəyini yoluna qoymaqdır vacib, hətta daxili siyasətdən, problemlərdən də əvvəl. Qonşu və xaricdən gələn işğal, təzyiq, sıxıntı altında olan ölkənin ümumən sabit yaşamı, inkişafı getməz, dövlət müstəqilliyi, suverenliyi də sıxıntıda olar. 

Ancaq bu da var ki, prioritet bu xarici amillərin həllinə verildikdə ölkədaxili idarəçilikdə bir sıra məmur qüsurları həddini aşa və özbaşınalıq və digər qanunsuzluqlarla əhalinin və dövlətin də özü üçün problemlər yarada bilir. Nəticədə isə, ölkədaxili ümumi iqtisadi, sosial və sair durum, əhalinin həm maddi, həm mənəvi rifahı həmin ölkənin xarici siyasəti səviyyəsindən xeyli fərqli və aşağı düşə də bilir həmin quruculuq dövrü.

Doğrudur, hər bir dövlətin rəhbərliyi istəyər ki, onun ölkəsinin yüksək səviyyəli təhlükəsizliyi, hərbisi və regional, xarici siyasəti kimi, yüksək səviyyəli də əhalisinin yaşamı, rifahı olsun. Və onu da yaxşı bilir ki, zəif xalqla qüdrətli dövlət qurulmur. Ancaq, bu müvəqqəti çətinlik dövrü də, düşünürəm ki, bəzi çıxış yolu mümkündür.

Nədir bu yol, ölkə Azərbaycan üçün? Dövlətin xalqa xərcləyəcək büdcəsini korrupsiya qurub talayan, əhalinin cibini rüşvətlə soyan, üstəlik də, dünyanın bu gərgin stress anı özbaşınalıq və ədalətsizliklə insanları mənəvi əzən bir sıra məmur tayfasının tam əl-ayağını yığışdırmaq. Yuxarıda yazılmış, gömrük sistemindəki kimi, aparılan əməliyyat-istintaq tədbirləri yolu ilə!

Dövlət büdcəsi zədələnməsə, əhalinin cibi də soyulmasa, məmurlar bizim zəhmətkeş xalqın işləyib, qazanıb öz-özünü dolandırmasına da mane olmasa, üstəlik o, qanunsuz əmlak, pul yığan məmurların sərvətləri dövlət büdcəsinə keçsə avtomatik, əhalinin rifahı yüksələr. Hələ dövlət özü də bu korrupsiya ziyankarlığından qurtular, daxili sistemli yüksəliş əldə edər. Heç, təhlükəsizlik, hərbi, regional layihələr və xarici siyasətə qoyulan vacib xərcləri də azaltmadan.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)