Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
00:14 | 16 iyul 2022 | Şənbə
Məqaləyə 1231 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Yaponiyanın keçmiş baş naziri Sindze Abenin qətlə yetirilməsi bu ölkənin siyasi dairələrində və cəmiyyətdə şok effekti yaradıb. Sinzdo Abe baş nazir olduğu dövrdə Rusiya prezidenti Vladimir Putinlə tərəfdaşlıq münasibətləri qurmuşdu. Hər iki ölkənin lideri tez-tez görüşür, müxtəlif mövzularda fikir mübadiləsi aparırdılar. Abe Putinlə tərəfdaşlığa əsaslanaraq ümid edirdi ki, baş nazir olduğu dövrdə Rusiya Kuril adalarını Yaponiyaya qaytaracaq. Olmadı. Liderlərin dostluğu problemin həllini yaxınlaşdırmadı.
Yaponiya-Rusiya münasibətləri hazırda Abenin baş nazirliyi dövrdən daha çox geriyə gedib. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə Tokionun ABŞ və Avropa İttifaqı ilə Kremlə qarşı eyni mövqedən çıxış etməsini şərtləndirib. Yaponiya Rusiyaya qarşı sanksiyalara qoşulub. Kreml onsuz da münasibətlərin yaxşı olduğu dövrdə də Kuril adalarını Yaponiyaya qaytarmağa maraq göstərmədi. Belə olan halda Tokionun Rusiyaya qarşı siyasətinin dəyişəcəyi şəksiz idi.
Bu arada, Rusiya Çinlə birgə Yaponiyaya qarşı hərbi ritorikasını sərtləşdirib. Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibə fonunda Rusiya və Çin hərbi gəmilərinin Yaponiya sahillərində yaxın ərazilərindəki fəallıqları 2.5 dəfə artıb. Bu haqda Yaponiya Müdafiə Nazirliyinin açıqlaması var. Nazirliyinin məlumatına görə, son 4 ayda Rusiya və Çinin hərbi gəmilərini və hərbi təyyarələrinin Yaponiya sahillərinə yaxınlaşmasına dair 90 hadisə qeydə alınıb. Bu Tokionun ciddi narahatlığına səbəb olub. Rusiya və Çin hərbi gəmiləri və hərbi təyyarələri Yaponiya sahillərinə yaxın ərazilərdə koordinasiyalı şəkildə yaxınlaşırlar. Onların qruplar şəkildə sahilə yaxınlaşması halları çoxalıb.
Rusiya və Çin bu yolla ABŞ-la ittifaqını gücləndirən Yaponiyanı cəzalandırmağa çalışırlar. ABŞ prezidenti Co Bayden mayın 22-də Yaponiyaya rəsmi səfər edib. Baydenin səfər günü və səfərdən sonra Rusiya və Çinin hərbi gəmilərinin Yaponiya sahillərinə yaxınlaşması halları olub. May ayındakı fəallıq aprel ayı ilə müqayisədə bir neçə dəfə artıb.
Rusiya və Çinin Yaponiyaya qarşı hərbi təzyiqi əks-effekt verəcək. Bu Yaponiyanın ABŞ-la hərbi ittifaqını gücləndirməyə sövq edəcək. Yaponiya, Hindistan, Avstraliya və ABŞ-la birlikdə dördlü formatda iştirakını artıracaq. Digər tərəfdən Yaponiya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə hərbi büdcəsini artıracaq və ordusunu modernləşdirəcək. Vaşinqton bunun əleyhinə deyil.