

Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Enerji siyasəti üzərindən qlobal və regional təhlükəsizlik
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
Türk dövlətləri ilə ticarət rekord həddə
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
İranın vurulması Zəngəzurdan başlamalıdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Sammitdə çıxış edib. Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi
sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olundu. Bu sahədə
dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi
vurğulandı. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin qarşısının
alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini
gündəmdə saxladılar.
Onlar nüvə terrorizmi təhlükəsinin hələ
də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün
tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkdilər. Sammitin plenar
iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi. Zirvə görüşü
iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə
minnətdarlığını bildirdi.
Nüvə təhlükəsizliyi tədbirlərinin
gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan
Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox
aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın
iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal
Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş
Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda
Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma
vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni
hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə
çatdırdı. Prezident İlham Əliyev qeyd
etdi ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı
Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə
aid müzakirələr təşkil edib. Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi
üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev
Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu
kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər
göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək
beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli
ixraca nəzarət sistemini formalaşdırdığını vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, bu
yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk «Dəniz Təhlükəsizliyi
Strategiyası»nda nüvə və digər kütləvi qırğın silahlarının və onların
çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların yayılması dəniz
təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir. Prezident İlham Əliyev
təəssüflə qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı
aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin
müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur.
Bu cür vəziyyət transmilli mütəşəkkil
cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına,
həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal
olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.
Daha sonra Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və
köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki,
bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir.
Oradakı hər hansı qəzanın nəticələri
faciəli olacaqdır. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu
elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik
Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib,
baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca
təhlükəli texnologiyaya əsaslanır.
Azərbaycanın regionda təhlükəsizliyin və
sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən Prezident İlham
Əliyev bildirdi ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin
gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və
tərəfdaşlarımızla apardığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və
radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin
azaldılması işinə sadiqik. Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı
Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı
səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya
qurulacağına əminliyini ifadə etdi. Sonra zirvə görüşünün «Nüvə təhlükəsizliyi
sammitinin gələcəyi» mövzusunda qeyri-rəsmi iclası oldu.
Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsi ilə görüşdü. Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Zirvə görüşü zamanı Türkiyə Prezidenti Abdullah Güllə də görüşdü. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparıldı. Zirvə görüşünün yekununda liderlər birgə foto çəkdirdilər. Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verildi. Zirvə görüşünün sonunda yekun Kommünike qəbul olundu. (AzərTac)