«Dünya daha təhlükəsizdir»
««Böyük Yeddilik» Rusiyasız toplanacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
Martın 26-da ABŞ-Aİ zirvə görüşündən sonra ABŞ prezidenti Barak Obama Avropa İttifaqının Nazirlər Şurasının prezidenti Herman van Rompuy və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə birgə mətbuat konfransı keçiriblər.
Herman Van Rompuy ABŞ-Aİ görüşünün Avropanın təhlükəsizliyi üçün vacib bir zamanda baş tutduğunu, Ukrayna və digər ölkələrdə baş verən hadisələrin həll edilməsi lazım olan qeyri-müəyyənliklərin mövcudluğunun göstəricisi olduğunu deyib. «Buna görə də Trans-Atlantik münasibətlərin möhkəmliyi bu gün daha da vacib amildir», - deyə o əlavə edib.
Prezident Van Rompuy həmçinin Avropa və ABŞ arasında zərbələrə dözümlü və rəqabətsiz tarixi münasibətlərin olduğunu qeyd edib. «Bugünkü görüşümüzdə yüksək səviyyəli və effektiv birgə mövqeyimiz olan məsələləri müzakirə etmişik. Təbii ki, gündəmin ən vacib məsələsi Ukrayna böhranı olub və bu, iki gün öncə Haaqada Böyük Yeddiliyin («G7») iclasındakı məhsuldar müzakirənin davamı hesab oluna bilər», - deyə o əlavə edib.
Ukrayna ilə bağlı prezident Van Rompuy bildirib: «Biz Ukraynanı və Ukrayna xalqını daha gözəl həyat üçün mübarizəsində dəstəkləyir, Krımın qanunsuz anneksasiyasını qınayır və tanımırıq. Rusiyanın ATƏT müşahidəçilərinin bölgəyə gəlişini dəstəkləməsi, həmçinin Rusiya və Ukrayna baş nazirlərinin Haaqada görüşməsi müsbət göstəricidir, ancaq əgər vəziyyət gərginləşməyə davam edərsə, biz - Aİ və ABŞ yeni sanksiyalar tətbiq edəcəyik. Məqsədimiz məsələnin Ukrayna suverenliyi və beynəlxalq hüquq çərçivəsində, danışıqlar yolu ilə həll olunmasıdır. Biz Gürcüstan və Moldovanı dəstəkləyir və bunun üçün də Assosiasiya Müqaviləsinin imzalanmasını avqust ayından iyun ayına keçirmişik.»
Bununla yanaşı, Van Rompuy Aİ və ABŞ-ın terrorizmə qarşi birgə mübarizə aparacaqlarını da qeyd edib.
Avropa İttifaqı Şurasının prezidenti həmçinin görüş zamanı iqtisadi məsələlərin də müzakirə olunduğunu vurğulayaraq, enerji və enerji təhlükəsizliyini, xüsusən də Aİ-nin Rusiya qazından asılılığını azaltmağın yollarının müzakirə mövzusu olduğunu mətbuatın diqqətinə çatdırıb.
«Trans-Atlantik iqtisadi əlaqələrin gücləndirilməsi həmçinin siyasi ismarışdır», - deyən Herman Van Rompuy ABŞ prezidentinin məlumat sızıntısına və izləmələrlə bağlı mövcud vəziyyətə dəyişiklik edəcəyinə dair söz verib.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Barak Obamanın Aİ baş qərargahına səfərinin vacib siqnal olduğunu deyib. «Bu, Trans-Atlantik münasibətlərin möhkəmliyini və əhəmiyyətini göstərir», - deyə o əlavə edib.
«Biz hər kəsə bildiririk ki, ABŞ və Aİ ortaq dəyərlərini müdafiə edəcək və qəbul olunmaz addımlar ciddi nəticələrə gətirib çıxaracaq. Biz yalnız İran və Yaxın Şərq üzrə deyil, həm də son zamanlar Ukraynada baş verənlərlə bağlı da birgə işləyirik», - deyən Barrozu enerji təhlükəsizliyi haqda danışmaq üçün «Böyük Yeddiliyin» enerji nazirlərinin gələn həftə toplanacaqlarını bildirib.
O, Trans-Atlantik ticarət və investisiya əməkdaşlığı (TTİP) müqaviləsinin Atlantik okeanının hər iki sahilində böyük və kiçik səhmdarların rifahını qaldıracağını, həmçinin yeni iş yerlərinin yaranacağını deyib.
Bundan əlavə, Barak Obama bildirib ki, Aİ ABŞ-ın ən yaxın tərəfdaşıdır. «ABŞ və Aİ bir olanda, dünya daha təhlükəsiz, daha ədalətlidir», - deyə prezident vurğulayıb.
İqtisadi məsələlərə gəldikdə, ABŞ prezidenti deyib: «Bu gün biz Aİ və ABŞ arasında iqtisadi münasibətləri daha da möhkəmləndirmək və okeanın hər iki tərəfində yeni iş yerləri yaratmaq üçün səylərimizi gücləndirmək qərarını bir daha təsdiq etdik. Bu, Trans-Atlantik ticarət və investisiya əməkdaşlığı (TTİP) müqaviləsinin imzalanmasını da nəzərdə tutur.» Bununla yanaşı, prezident müqavilənin imzalanmasının Avropaya maye qazın gətirilməsini daha da asanlaşdıracağını da qeyd edib.
Bundan başqa, Barak Obama görüş zamanı İran və Suriyadakı vəziyyətin müzakirə olunduğunu da deyib.
«Rusiyanın son zamanlar etdikləri tək Ukraynaya qarşı deyil, həm də Avropa və bütün dünyadakı vəziyyətə təsir edir. ABŞ və Aİ Ukraynaya maddi yardımın göstərilməsində, avrointeqrasiyanın dəstəklənməsində və Rusiyanın siyasi və iqtisadi baxımdan təcrid edilməsində eyni mövqeni paylaşırlar», - prezident Obama bildirib.
«Aİ və üzv ölkələrin prezidentlərini Rusiya ilə siyasi münasibətləri dondurduqlarına görə alqışlayıram. Rusiya tək qalıb. O, öz mövqeyini BMT Təhlükəsizlik Şurasında da tək müdafiə edirdi. 28 Aİ üzv dövləti, 28 NATO üzv dövləti və Böyük Yeddilik («G7») üzvləri birlik nümayiş etdirirlər. «Böyük Yeddilik» iyunda Brüsseldə Rusiyasız toplanacaq», - deyən ABŞ prezidenti Rusiyanın eyni yolu tutduğu halda, ona qarşı sanksiyaların genişləndiriləcəyini və bunun Rusiya iqtisadiyyatı üçün fəsadlı olacağını bildirib.
«Ölkələrin suverenliyinin və ərazi bütövlüyünün qorunması, beynəlxalq hüquqa riayət edilməsi hər bir ölkənin borcudur», - prezident Obama əlavə edib.
Prezident həmçinin Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini qeyd edib və buna görə də ABŞ-ın Aİ-yə bu sahədə kömək etməyə hazır olduğunu bəyan edib. Buna baxmayaraq, o vurğulayıb ki, Avropa İttifaqının digər enerji mənbələrinə və təchizatçılarına müraciət etməsi vacibdir.