Ara qarışanda tülkü bəy olur?
Fransa bütün münaqişə masalarının arxasında stulunun olmasını istəyir
Elman SADIQOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
-
Ən ölümcül miqrant qəzası
La-Manş boğazında daha bir qayıq batıb
Fransa həmişə Ermənistanın yanında olub. Biz hər nə qədər bu dövlətə öz haqq mübarizəmizi, həqiqətləri çatdırmaq istəsək də faydasız olub. Çünki:
– Fransada güclü erməni diasporu var. Bu erməni diasporunun ən böyük tərəfdaşı ABŞ-da olan erməni lobbisidir. Fransada olan erməni diasporu çox güclüdür, amma ABŞ-dakı erməni lobbisinin sözündən çıxacaq qədər güclü deyil;
– Fransanın ABŞ-la digər dərin istiqamətdə də əlaqələri mövcuddur. Həlledici anlarda Fransanın Avropadan daha çox ABŞ-a meyl etməsi təəccüblü deyil;
– Fransaya Avropada at oynatmağa imkan verməyən güclü lider Angela Merkelin yoxluğu və Britaniyanın Avropa Birliyindən çıxması Fransaya Avropada lider ölkə iddiasına düşmək şansı yaratdı. (Angela Merkel vəzifəsini tərk etməzdən 7-8 ay öncə Avropada yaranacaq lider boşluğunu Fransanın doldurmaq istəyinin və iddiasının olacağını qələmə almışdım. Yəni bu gözlənilməz məsələ deyil);
– Fransa son 100 ildə dəfələrlə tərəf dəyişdirən (De Qoll SSRİ ilə yaxınlaşaraq 700 milyard dollarlıq qızıl alaraq (qızılın 1 unsiyası 35 dollara olduğu zaman) maliyyə bazarlarında çaxnaşma yaratmaq istədi. Qızıl alışı artdı. ABŞ-ın 20 min ton qızıl ehtiyatları 8 min tona düşdükdə 15 avqust, 1971-ci ildə Nikson qızılın qiymətinin 35 dollara olunma dövrünün bitdiyini elan etdi (həmin gün tarixə Nikson şoku olaraq düşdü). Bu bir nümunə idi. Fransa ciddi qeyri-stabil, bir çox hallarda isə populist siyasətləri ilə yadda qalan ölkədir;
– Fransa 20-ci əsrin əvvəllərinə qədər Avropada söz sahibi olmuşdur. O zamanlar Britaniya daha çox bütün dünya ilə (Çin, Hindistan və sair) məşğul idi, kiçik və iqtisadi cəhətdən zəif Avropa Britaniyanı maraqlandırmırdı. ABŞ səhnəyə çıxdıqdan sonra Britaniya təkqütblü iqtisadi güc statusunu itirdi. II Dünya Müharibəsindən sonra əsas diqqətini Avropaya yönəltdi. İqtisadi cəhətdən güclənib Avropanın mərkəzində olan Almaniya isə siyasi güc mərkəzinə çevrildi. Öz mövqelərini itirən, zəifləyən Fransa bununla bir müddət barışsa da, hazırda Almaniyanın enerji məsələlərinə başının qarışdığını, Britaniyanın yenidən qlobal məsələlərə daha çox yönəldiyini fürsət bilərək ayrı-ayrı münaqişələri qızışdırmaq və o masalarda olmaqla mən də varam mesajını vermək istəyir. Bu iddialarında isə yuxarıda qeyd etdiyim 2 xətdən (dərin əlaqələr və erməni lobbisi) istifadə edərək ABŞ-ı da öz arxasına almaq istəyir. ABŞ-ın da başı Rusiya-Ukrayna müharibəsi daxil böyük münaqişələrə və yeni düzənin formalaşdırılmasına qarışdığı üçün Fransanın bu iddia və mövqeyindən istifadə edərək onu öz tətikçisi, taşeronu kimi istifadə etməkdə maraqlı ola bilər;
– Fransa hələ tam olaraq istəyinə nail ola bilmir. Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi görülmür. Hətta bu istiqamətdə aktivləşdikdə okeanın o tayından qulaqburması gəlir. (Rusiyaya güzəşt etmək olar fikrindən sonra Hillari Klintonun Makronun bu sözlərinə sərt reaksiyasını yəqin xatırlayırsınız);
– Fransa Türkiyənin artan rolu və nüfuzunu açıq-aşkar qəbul etmək istəməsə də buna məcburdur. Bu da onu sıxan digər bir amildir;
– nəhayət, Fransa özünün neytrallığını qoruya bilmədiyini və Azərbaycan-Ermənistan məsələsində tərəf olduğunu sübut etdi. Bunu diplomatik etiketi, ritorikanı pozaraq etdi;
– nəticədə, Fransanı danışıqlar masasında görməmək istəyi qalib Azərbaycanın beynəlxalq hüquqla tənzimlənən təbii haqqıdır!!!
P.S. Bu qədər açıq və kobud oynayan Fransanı Qafqazda görmək istəməyən tək biz deyilik!
P.S.S. Makronun ermənilərə bu qədər canı yanırsa Qarabağdakı 20-25 min erməniyə Fransada vətəndaşlıq versin. Və yaxud, dünyada 2 erməni dövləti görmək arzusunu ermənilərin çox və sıx yaşadığı ərazisinə müstəqillik verməklə həyata keçirsin. Bu onun çox sevdiyi ermənilərə real və həqiqi yaxşılığı olar. Avropadan barmaq uzadıb burada münaqişəni qızışdıraraq xalqların qanını tökmək onları səmimi istəmək və ya müdafiə etmək demək deyil!!!