vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
17:45 | 15 oktyabr 2022 | Şənbə Məqaləyə 786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Osvensimdəki hissləri təkrar yaşadım”

Edilli kəndində olan Çexiyalı qonağın gördüklərindən təsirlənib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bu məkanı ziyarət etmək mənim üçün əlbəttə kədərldir”. Bunu şənbə günü xarici ölkələrin nümayəndə heyətinin tərkibində Azərbaycanın Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndindəki kütləvi məzarlıq ərazisini ziyarət edən Çexiya Gənclər Assosiasiyasının prezidenti Radek Smolka deyib.

“Mən bu qalıqları görəndə Osvensimdə ilk dəfə olarkən keçirdiyim hissləri yaşadım.

“Mən Azərbaycanda bir neçə dəfə olmuşam və həmişə Çexiyaya qayıdanda ölkənin reallıqlarını bölüşürəm”, – deyə gənclər birliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Çexiyada reallıqlardan qismən xəbərdardırlar, erməni təbliğatı o qədər də güclü deyil, lakin buna baxmayaraq, Azərbaycan haqqında daha çox doğru məlumatlar yayılmalıdır.

“Çox yaxşı olardı ki, mənim ölkəmdən daha çox insan gəlib burada baş verənləri görsün və münaqişənin reallıqlarını daha yaxşı anlasın”, - R.Smolka bildirib.

Xatırladaq ki, Xocavəndin Edilli kəndində aşkar olunan məzarlıqda 12 nəfərin qalıqları tapılıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Eyni zamanda skeletlərin əlləri və ayaqları məftil və kəndirlə bağlanıb. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə Ermənistan hələ də heç bir məlumat təqdim etməyib. (Trend.az)