vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:22 | 26 oktyabr 2022 | Çərşənbə Məqaləyə 1444 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zatulindən Simonyana ...

Türk düşmənləri Ermənistana buraxılmayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Vladimir Putinin media müstəvisindəki əsas təbliğatçısı Margarita Simonyanın Ermənistana girişi qadağan edilib. Bir gün əvvəl Rusiya Dumasının deputatı Konstantin Zatulinin də Ermənistana girişi yasaq elan olunmuşdu...

Heç şübhəsiz ki, bunlar təsadüfi deyil. İstər Konstantin Zatulin, istərsə də Margarita Simonyanın olsun, onların hər ikisi qatı ermənipərəst mövqeyi ilə tanınır. Müvafiq olaraq Azərbaycana və Türkiyəyə düşmən mövqeyi ilə seçilir. Bəs nədən onlara qarşı belə sanksiyalar tətbiq olunur? Çünki onların hər ikisi Nikol Paşinyan iqtidarına qarşıdır. Hər ikisi Ermənistanda pro-Rusiya tərəfdarının dövlət çevirilişi yolu ilə iqtidara gəlməsinə çalışır...

O da maraqlıdır ki, Ermənistan parlametinin sədri Alen Simonyan  İrəvanda keçirilən, Rysiya və Ermənistanın qatı ermənipərəst dairələrini bir araya gətirən "Lazerev Klubu"nun növbəti toplantısına qatılmayacağını bəyan edib. Bu klubda Konstantin Zatulin kimiləri Azərbaycanın əleyhinə hərzə-hədyan bəyanatlar səsləndirərdi. Düşünün ki, barıtı o qədər çox edirdilər ki, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində buna etiraz etməli olurdu...