vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
12:53 | 3 noyabr 2022 | Cümə axşamı Məqaləyə 1010 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Sənin borcundur...”

Ərdoğan Putuni necə yola gətirdi?

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna ordusunun bir neçə gün öncə Sevastopolda zərbə və suüstü dronlar vasitəsilə həyata keçirdiyi əməliyyatdan sonra Rusiya taxıl dəhlizi ilə bağlı anlaşmadan çıxdığını bəyan etmişdi. Hər kəsin Moskvanın qərarından dönməyəcəyini gözlədiyi bir vaxtda ötən gün Rusiyanın dövlət başçısı Vladimir Putin bəyan etdi ki, biz yenidən bu anlaşmaya qayıdırıq. Əslində bunu Rusiyanın geri addımı kimi də dəyərləndirə bilərik.

Rusiyanı qərarını dəyişməyə məcbur edən 2 səbəb:

 

Türkiyə faktoru

 

Taxıl dəhlizi ilə bağlı anlaşmanın təkrar davam edəcəyi yönündə Rusiyadan gələn açıqlama Moskvanın ona indiki məqamda müttəfiq qədər yaxın olan Türkiyə ilə münasibətlərin korlanması qorxusundan irəli gəlməsi də istisna edilmir. Rusiyanın bu qərarı məhz Ərdoğanla Putin arasındakı telefon danışığından sonra verməsi çox şeydən xəbər verir. Aydındır ki, R.T. Ərdoğan o telefon danışığı zamanı Putini öz qərarından daşındıracaq müəyyən tutralı səbəblər gətirib.

Bu gün qlobal siyasi proseslərin mərkəzində əsas aktorlardan biri kimi özünü ən etibarlı moderator və güc mərkəzi kimi sübut etməkdə olan Türkiyənin əhəmiyyətini Moskvada çox yaxşı anlayırlar.

Bu gün dünyanın sanksiyaları ilə üz-üzə qalan, iqtisadi çöküş mərhələsinin başlandığı, ordusunun böyük hissəsini itirən Rusiyanın etibarlı, kürəyini söykəyəcək belə bir tərəfdaşa ehtiyacı var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları da taxıl dəhlizini bağlayan Rusiya üçün belə bir məqamda çox böyük mesaj oldu:

“Praqada kiminlə söhbətləşirdimsə, Putinin əleyhinə danışırdı. Mən də “Səhv edirsiniz” dedim. Rusiya kimi ölkəyə yanlış münasibət sərgiləsəniz, o da bir lider olaraq özünü əzdirmədən göstərəcək. Mən də lazım olanı edərəm. Putin də onu edir. Dünyanın ən hörmətli ölkələrdən biri olan Rusiya belə hücumlara “hə” deyə bilməz. Mümkün deyil”.

Ərdoğan bu açıqlaması ilə Kreml rəhbərinə mesaj vermiş oldu ki, “sənin olmadığın yerdə də mən haqqı müdafiə edib, səni müdafiə etdim və bunu indən belə də edəcək cəsarətə sahib tək-tük dövlət başçılarındanam. Ona görə Türkiyənin sözünü və maraqlarını da nəzərə almaq sənin boyunun borcu olmalıdır”.

Rusiyanın Ukraynadan taxıl idxalına mane olacağı, yenidən taxıl böhranının ən yüksək səviyyəyə qalxdığı bir məqamda Türkiyənin bu müdaxiləsi yenidən rəsmi Moskvanı qərarında dəyişiklik etməyə məcbur qoydu.

 

Moskva anladı ki, bu qərarı onsuz da zəifləmiş beynəlxalq nüfuzuna daha ciddi zərbə vura bilər

 

Nəzərə almaq lazımdır ki, bu Rusiya ilə Ukrayna arasındakı bir anlaşma deyil. Bu razılaşma Türkiyənin iştirakı ilə Rusiya və BMT arasında olub. Yəni Rusiya əslində beynəlxalq ictimaiyyət, dünya qarşısında bir öhdəlik götürmüşdü ki, biz Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına mane olmayacağıq.

Bu baxımdan Rusiyanın sözügedən anlaşmadan çıxdığını elan etməsi hətta bu konfliktə qarışmayan, neytral mövqe tutan dövlətlər tərəfindən belə anlayışla qarşılanmadı. Rusiya digər yandan da gördü ki, onun bu qərarı onsuz da zəifləmiş beynəlxalq nüfuzuna daha ciddi zərbə vuracaq.

Bu baxımdan Rusiya addımının öz maraqları baxımından daha neqativ nəticələrə səbəb olacağını hesablayaraq yenidən bu anlaşmaya qayıtdığını açıqladı. İstənilən halda Rusiyanın bu addımı müsbət bir hadisədir.