

AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
İtaliya ilə Rusiya arasında diplomatik gərginlik davam edir
Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Avropa orduları ABŞ dəstəyi olmadan Rusiyaya müqavimət göstərə bilərmi?
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Altı dəfə sui-qəsdə məruz qalan II Aleksandr yeddincidə səhlənkarlığının qurban oldu
Rusiya ABŞ-a siyahı göndərdi
Avropa-ABŞ qarşıdurması Türkiyəyə xeyir verə bilər
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Moskva, Pekin və Tehranı yaxınlaşmağa məcbur edən səbəb
Nemtsovun dedikləri özünü doğruldur
Avropa Parlamentindən Ukrayna ilə bağlı son dəqiqə qərar
İngiltərədən Rusiyanın qovduğu diplomatlara misli ilə cavab
“Putinin hazırkı vəziyyətdə çətin ki, buna razılaşsın”
Kreml atəşkəsi nəzərdən keçirərkən, ABŞ silahları yenidən Ukraynaya göndərilir
«Krımın Rusiyaya birləşdirilməsi o demək deyil ki, Moskva öz müqəddəratını təyinetmə prinsipini prioritet sayaraq beynəlxalq hüquqa münasibətini kardinal şəkildə dəyişib». Parlamentin deputatı, Rasim Musabəyov «Turan»a müsahibəsində belə deyib.
Politoloqun fikrincə, Moskva beynəlxalq hüquqa münasibətini tam dəyişsə idi, Krımın ardınca Kosovonun, Dağlıq Qarabağın da müstəqilliyini tanıyardı: «Rusiya hesab edir ki, Qərb gücdən istifadə edərək beynəlxalq hüququ pozub. İndi də Moskva göstərdi ki, istədiyini edir. Amma Rusiyanın Krıma qarşı hərəkətlərinin yeni dünya düzəni, yeni beynəlxalq hüquq və münasibətlər sisteminin başlanğıcı olduğunu düşünmürəm. Dünya düzənini dəyişmək üçün Rusiyanın nə qüvvəsi, nə resursu, nə də ideologiyası var».
Deputat qeyd edib ki, Rusiyanın hərbi potensialı ona öz ərazisi xaricində hərbi əməliyyatlar aparmağa imkan vermir və o yalnız öz sərhədləri perimetrində hərbi əməliyyatlar keçirə bilər.
Bu, Azərbaycana qorxu yaradırmı? Belə
vəziyyətdə Bakı özünü necə aparmalıdır?
Musabəyov bu sualın cavabında deyib: «Ehtiyatlı olmalıdır. Hərbi müdaxiləyə
rəvac verməməlidir. Bununla yanaşı regional oyunçularla sıx münasibətlər
qurulmalıdır: bu, Türkiyə ilə ənənəvi münasibətlər, Gürcüstanla münasibətlərin
genişləndirilməsi, İranla əlaqələrin yaxşılaşdırılmasıdır. Qərbə gəlincə, o
onsuz da Rusiyanı cilovlamağa, qarşısını almağa cəhd göstərir, lakin Rusiya ilə
hərbi qarşıdurmaya getməyəcək».
İndiki durumun Qərb və Rusiyanın ATƏT-in Minsk Qrupundakı əməkdaşlığına təsirinə gəlincə, politoloq deyib ki, Ollandın Fransada, Obamanın isə ABŞ-da prezidentliyi dövründə Qarabağ nizamlanması üzrə ciddi irəliləyiş gözləmir: «Amerikalı həmsədr Uorlik Azərbaycana Dağlıq Qarabağla danışıqlar aparmağı təklif edir. Amma ümumiyyətlə nəinki Dağlıq Qarabağla, heç Ermənistanla da danışıqlar aparmağa zərurət yoxdur. ABŞ və Fransa fəallıq göstərmirlər və mahiyyətcə Rusiyanı dəstəkləyirlər. Belə olan vəziyyətdə Azərbaycan üçün ən yaxşısı Moskva ilə birbaşa danışıqlar aparmaq və qarşılıqlı kompromis axtarmaqdır».