Tanınmış vəkil ETTELAAT-a çağırılıb
İranı böyük bir zindan adlandırdığına görə
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneyli aktivistlərin ev və ofislərinə «oğrular» girir
Ərdəbildə azərbaycanlı fəallara qarşı fərqli təzyiq metodlarından istifadə olunur
-
«Şiə olmağımız ETTELAAT-ın içimizə sızmasını asanlaşdır...»
Məhəmməd Azadgər: «Xamneyi gəlir ya türk dilində mərsiyə , ya da Şəhriyarın şeirini oxuyur və xalqı aldadır»
-
«Bizimkilər sağa çox meyl edirlər»
Məhəmməd Azadgər: «İranda faşist bir hakimiyyət təşkilat fəaliyyətinə imkan vermir»
-
Sabah Siyamək Mirzayinin apellyasiya məhkəməsidir
Fars-molla rejimi güneyli fəaldan fantastik məbləğdə girov istəyir
-
Mirzayi aclığı davam etdirir
Milli fəal aksiyaya başlayandan bəri hər gün 1 kq çəki itirir
-
«Onu qrup yaratmaqda günahlandırıblar»
İbrahim Nuri: «Bu qrupun isə nə adı bəllidir, nə də nə zaman və harada təşkil olunduğu ...»
-
Siyamək Mirzayi aclıq aksiyasına başladı
Fars-molla rejimi güneyli fəaldan 1 milyard tümən girov istəyir
-
Mirzayi aclıq aksiyasına başlayır
Güneyli fəal bununla bağlı məktub göndərib
-
«ETTELAAT ailəmi incidir»
Keçən ilin iyun ayından bəri həbsdə olan milli fəal Siyamək Mirzayi prokurora məktub göndərib
-
Abbas Lisaninin mağazasına ETTELAAT basqını
Güneyli fəalın dükanının qıfılı gecə saatlarında sındırılıb, əşyalar dağıdılıb, nəsə axtarırmışlar
-
«İran Global»ın lokal irqçiliyi
Fars-molla rejiminin nökərlərinin Azərbaycan Milli Hərəkatına qarşı təxribatları davam edir
-
İki fəal həbs olundu
Təbriz Apelyasiya məhkəməsi Milad Əkbəri və Əli Həmzəzadənin barəsində çıxarılan həbs qərarını təsdiqlədi
-
Həkim Mehrnaz Həqiqin həbsi 70 günü keçib
Fars-molla rejimi güneyli fəalı Evin zindanına köçürüb
-
ETTELAAT hər yerə müdaxilə edir
Urmiya Sənaye Universitetində «Türkcə bitik» kitab sərgisinin keçirilməsinə mane oldular
-
Rejim min bir bəhanə ilə qanunsuz həbsi uzadır
İranda azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı üç həftə təxirə salınıb
-
Siyamək Mirzayinin qanunsuz həbsi uzanır
Azərbaycanlı məhbusun Apellyasiya Məhkəməsinin vaxtı bəlli olub
İranda tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə İran Kəşfiyyat Nazirliyinə (ETTELAAT) çağırılıb.
«Media forum» saytının məlumatına görə, vəkilin həyat yoldaşı Rza Xəndan martın 30-da «Facebook» səhifəsində xəbəri təsdiq edib: «Biz Xuzistan əyalətində səfərdə olsaq da, zəng vurub xanımım Nəsrini və bizi qonaq edən şəxsləri ifadə vermək üçün ETTELAAT-a çağırıblar. Deyiblər ki, bir saata qədər nazirlikdə olmalısınız».
Nəsrin Sütudənin ETTELAAT-a çağırılması onun qatıldığı bir ədəbi yığıncaqda zindanlardakı durumu pisləməsindən, ölkənin siyasi vəziyyətini tənqid etməsindən bir neçə gün sonraya təsadüf edib. Həmin yığıncaqda çıxış edən Nəsrin Sütudə ölkəni böyük bir zindan adlandırıb: «İncəsənət istibdadla oyun qaydalarını dəyişir, onun sözünü və istəyini ciddiyə almır. Bu gün biz üzdə azadıq. Lakin əslində böyük bir zindanda yaşayırıq. Kiməsə vəkillik etmək, ədalətin bərpasına çalışmaq başqalarından bizə çatmış əmanətdir. Biz isə bu əmanəti gələcək nəsillərə çatdıracağıq».
Çıxışında müxalifətin 3 ildən çoxdur ev dustaqlığında saxlanan liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubini əqidə və vicdan məhbusları adlandıran Nəsrin Sütudə onların və həbsdə saxlanan digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.
Bir çox siyasi məhbusa vəkillik etmiş Nəsrin Sütudə insan hüquqları uğrunda dinc fəaliyyətlərinə görə 2010-cu ilin sentyabr ayında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinib. Məhkəmə Nəsrin Sütudənin vəkil kimi fəaliyyət göstərməsinə və ölkədən çıxmasına 20 illik qadağa da qoyub.
Vəkil 3 il Tehranın Evin zindanında saxlanıb, beynəlxalq hüquq təşkilatlarının etirazından sonra 2013-cü il sentyabrın 18-də azadlığa buraxılıb.