vaxtlı-vaxtında oxuyun! Şənbə, 21 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
15:05 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 598 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makronun Əliyevə zəngi

Cənubi Qafqaz tamaşasında Fransanın 3 məqsədi

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Cənubi Qafqaz siyasətinin nüanslarını davam etdirmək üçün müvafiq çərçivələr tapmaq axtarışındadır.

Paris Cənubi Qafqaz regionunun prioriteti olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı təşəbbüslərini sabitliyin qorunub-saxlanılması, münaqişələrin qarşısının alınması ifadələri ilə epitetləsə də, onun mövqeyi Bakının siyasəti ilə uyuşmur.

Elə bu uyğunsuzluq, sülh və təhlükəsizlik modelinə dair bir-birilə ziddiyyət təşkil edən mövqelər Fransa Prezidenti Emmanuel Makronu Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməyə vadar edib.

Makronun Əliyevlə telefon diplomatiyası Fransanın dünya üzrə sönməkdə olan qlobal maraqlarını Cənubi Qafqazla bərpa etmək üçün bir yol kimi qiymətləndirilə bilər.

Ermənistana qucaq açaraq vasitəçilik təşəbbüsünü şübhə altına alan Fransa Azərbaycanın ərazi suverenliyinə təhdid yaratmaq xəttinə getməklə həyata keçirmədiyi və ya nəzarət edə bilmədiyi prosesdə təsir vasitəsinə çevrilmək niyyətindədir.

Ona görə də Fransa Azərbaycanın siyasəti ilə barışıb reallıqları qəbul etməyin ən optimal seçim olduğunu dərk edir, ancaq Paris İrəvana bir neçə səbəbə görə revanşist nəfəs verir.

Birinci məqam: Fransa qavrayır ki, Ermənistan onun maraqlarını tərəfdaşlıqla deyil, mütiliklə təmin edəcək və regionda Türkiyənin möhkəmlənməsinə maneələrin yaradılmasında rol oynayacaq.

İkinci nüans: Fransa Cənubi Qafqazı alternativ qismində görür və o, bu regionda Rusiya vasitəsilə dirçəlib meydan oxumağa çalışır.

Üçüncü nüans: Paris Azərbaycan-İran münasibətlərindəki gərginlik fazasını Bakıya qarşı cəbhə platforması kimi diqqətdə saxlayır.

Fransa qeyd etdiyimiz 3 istiqamət üzrə arzularını Avropa İttifaqının çərçivəsindən kənarda, qlobal geosiyasi əhəmiyyətini təsdiqləmək üçün həyata keçirməyi hədəfləyir.

Makronla Əliyevin sonuncu danışıqlarının mayasında Parisin Azərbaycan-Ermənistan gündəliyində Avropa İttifaqından kənar moderatorluq roluna sahiblənmək ambisiyaları da eyni məqsədin subliminal əyanıdır.

Digər tərəfdən (dördüncü istiqamət deyə bilərik) Paris Ermənistanı dəstəkləməklə Fransadakı erməni lobbisi və erməni icmasının könlünü xoş tutmaq istəyir ki, bu da sırf daxili-siyasi məsələlərin perspektivi üçün nəzərdə tutulur.

Fransanın Cənubi Qafqazda potensial alternativ kimi genişlənmək sevdası reallaşmayacaq, çünki Qərbin iki gücü – ABŞ və Böyük Britaniya da dünya üzrə Fransanın ekspansiyasını zəiflədən proses başladıblar.

Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-İran hibrid savaşı Cənubi Qafqazın böyük siyasi təlatümlə üzləşməsi riskini və geosiyasi tamahları artırır, amma nə Azərbaycan, nə Türkiyə, nə ABŞ, nə də Britaniya bu rəqabət meydanında Fransaya yer vermək marağındadır. 

Rusiyaya gəlincə, o, Cənubi Qafqaz teatrında Fransanı yalnız formal tərəfdaş kimi görə bilər və Moskva özü də NATO-nun bir üzvü olan Fransanın regionda “at oynatmasına” şərait yaratmayacaq.