vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
13:51 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 617 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makron Əliyevdən icazə istəyirdi

Qəbul edilən qətnamə nəinki vasitəçiliyi, Fransanın Azərbaycanla münasibətlərini də sual altına saldı

Asif NƏRİMANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməsi gözlənilən idi, hərçənd, qətnamənin müzakirəsindən öncə Makronun Əliyevə zəng etməsi də diqqətçəkən məqamdır.

Makron Bakı-İrəvan münasibətlərində Ermənistanın xeyrinə, eyni zamanda, Fransanın Cənubi Qafqazda iştirakçılığını saxlamaq üçün Əliyevdən “icazə istəyirdi”. Və istisna deyil ki, Fransa prezidenti buna nail olmaq, həm də münasibətlərdə qapını “aralı saxlamaq” üçün Senatın qətnaməsinin hökumətin siyasətinə aid olmadığını inandırmağa çalışıb.

Hərçənd, qəbul edilən qətnamə Fransanın nəinki vasitəçiliyi, ümumiyyətlə Azərbaycanla münasibətlərini də sual altına saldı.

Qətnamənin tərkibi:

– Fransa hökuməti Ermənistana və “Dağlıq Qarabağa” “təcavüzə” görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırılır;

– Azərbaycan sentyabr döyüşlərində “Ermənistanın suveren ərazisinə hücumda” ittiham edilir və rəsmi Bakını “qoşunları Ermənistandan çıxarmağa” çağırırlar;

– Fransanın “Dağlıq Qarabağı” tanınmasının vacibliyi bir daha təsdiq olunur;

– Laçın dəhlizinin statusunun dəyişməz qalacağına təminat verilməsi tələb edilir;

– Fransa hökuməti avropalı müttəfiqlərlə birlikdə Azərbaycanın “yeni hücumlarına” güclü və adekvat cavab verməyə dəvət edilir;

– Azərbaycan rəhbərliyinə qarşı, o cümlədən, Azərbaycanın  neft və qaz ixracına sanksiyaların qoyulması çağırışı edilir;

– Fransa hökumətindən Qarabağda “humanitar ofisin” yaradılması, “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” və İrəvana bütün vasitələrlə dəstəyin göstərilməsi xahiş olunur.

Qətnamənin müzakirəsində iştirak edən 296 senatorun 295-i lehinə səs verib, o cümlədən, Fransa xarici işlər naziri qətnamənin qəbuluna etiraz etməyib və bu iki məqam da Makron administrasiyasının Azərbaycan əleyhinə qətnaməyə praktiki dəstəyinin nümunəsidir.

Qətnamənin praktiki mərhələdə tətbiqi hansı səviyyədə mümkündür?

Azərbaycanın enerji resurslarına sanksiyaların, o cümlədən, Fransanın Bakıya qarşı sanksiya tətbiq etməsi ehtimalı azdır. Lakin iki istiqamətində addımların atılması gözləniləndir:

Birincisi, Ermənistanın “müdafiə qabiliyyətinin artırılması”dır. Fransa və Ermənistanın hərbi rəhbərliyi bu məsələ ilə bağlı müzakirələr keçirib;

İkincisi, Qarabağda “humanitar ofisi”n açılmasıdır. Rusiya buna soyuq yanaşacaq, lakin bir məqam – Moskva ilə yanaşı, Qərblə də münasibətlərə malik olan Ruben Vardanyanın Xankəndinə köçməsi və separatçıların qondarma “dövlət naziri” kimi fəaliyyəti bu məsələnin mümkünlüyü ehtimalını önə çıxarır. Rusların layihəsi olan Vardanyanın Qarabağa gəlişindən ilk görüşləri Fransada keçirməsi də bu kontekstdə diqqət çəkir.