
Böyük dövlətin cılız prezidenti
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək
Fransa hökuməti gördüyündən göz kirəsi istəyir
“Makron amerikalılardan əvvəl öz elm adamlarına diqqət yetirməlidir”
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Parislə Tel-Əviv arasında diplomatik qalmaqal
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
Milli Məclis hökumətə Fransa ilə bağlı çağırış edib. Fransa hökuməti Senatın Azərbaycana qarşı qətnaməsinin icrasına başlayarsa, Azərbaycan hökuməti Milli Məclisin çağırışının praktiki icrasına start verə bilər.
1. Fransanın mümkün vasitəçiliyindən tamamilə imtina edəcək;
2. Siyasi və iqtisadi münasibətlərə yenidən baxılacaq – diplomatik münasibətlərin kəsilməsi istisna deyil;
3. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə icra edilən istənilən layihədə iştirakına imkan verməyəcək;
4. Fransa şirkətlərinin Azərbaycanla enerji sektorunda əməkdaşlığına yenidən baxacaq: “Total” və digər şirkətlər bazardan çıxarıla bilər;
5. Fransanın hərbi cinayətlərini, islamofibiya və türkofobiya siyasətini Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirəyə çıxaracaq.
Bu, Senatın qəbul etdiyi qətnamənin Fransa hökuməti tərəfindən mümkün icrasına qarşı Bakının əks-həmləsidir.
Fransanın qətnamənin icrasına başlayacağı, xüsusilə Avropanın enerji ehtiyacları fonunda çətin görünür. Müzakirələrdə iştirak edən Fransa xarici işlər naziri də qətnamənin icrasının mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina etdi. Bu baxımdan, Azərbaycanın əks-addımlarına ehtiyac yaranacağı gözləntisi də azdır. Lakin Fransanın vasitəçilik cəhdlərinə imkan verilməyəcəyi ehtimalı böyükdür, hətta belə bir situasiya yaransa belə, bu formal xarakter daşıyacaq.