Əhlikef çempionlarımız
Olimpiya qalibli olan güləşçimiz Avropa Çempionatında biabırçı hesabla uduzdu (Fotolar)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Son dərəcə gərgin mücadilə
Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycanın Niderland millisi ilə oyununu izləyiblər
-
Azərbaycan pəhləvanlarını 184 min dollara aldılar
Bürünc medalçımıza 63 min, olimpiya çempionumuza isə 52 min dollar ödənilib
-
«Çatışmayan cəhətlərə bələdəm»
Firdovsi Umudov: «Komanda mənə çox yaxındı»
-
«O bahalı maşınlarınızı...»
Zülfiyyə Hüseynova əsəbiləşdi: ««Əmilər», «dayılar» əynində əyni olanlara maşın verirlər...»
-
Toğrul niyə uduzub?
Federasiya güləşçimizin məğlubiyyətinə münasibət bildirdi
-
«Xəstələndim, sonra babam öldü»
«İdmançı çəkdiyi əziyyətin qarşılığında istədiyini eləməyə haqqı yoxdur?»
-
AÇ-də qadınlarımız öndədir
Legioner güləşçilərimiz ilk gündə 3 medal qazandı
-
Bu dəfə geriləyən olmadı
Reytinq cədvəlinin Olimpiada lisenziyasına təsiri böyükdür
-
«Mən əsgər adamam»
Elnur Məmmədli: «...ya da idmanla vidalaşacam»
-
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı start götürüb.
London Olimpiadasının qızıl mükafatçısı Toğrul Əsgərov 65 kq çəki dərəcəsində qüvvəsini sınayıb və bolqarıstanlı Borislav Noviçkova uduzub. 13-5 hesabı ilə məğlub olan güləşçimiz elə 1/8 finaldaca mübarizəsini dayandırıb.
«Qafqazinfo» bu arada bir vacib məqamı qeyd edib: «Azərbaycanda Olimpiya çempionlarının bu yüksək titulu qazanandan sonra, növbəti illərdə qat-qat aşağı səviyyəli yarışlarda məğlub olduğu artıq ənənə halını alıb.
Xatırladaq ki, digər olimpiya çempionu Elnur Məmmədli də qızıl medala sahib olandan sonra növbəti yarışlarda meydanı başıaşağı tərk edib, halbuki dünyanın əksər ölkələrində idmançılar bir neçə dəfə olimpiya çempionu olurlar və uzun illər bu titulu qorumaq üçün mübarizə aparırlar. Azərbaycanda isə olimpiya çempionu adını qazanan idmançılar ölkəyə qayıdan kimi qlamur həyat tərzinə keçirlər və tezliklə piylənib sıradan çıxırlar.
Hətta idmançıların bu biabırçı halına millət vəkili Siyavuş Novruzov da sərt reaksiya vermişdi.
Bu arada qeyd edək ki, Olimpiya çempionlarımız vaxtilə qazandıqları yüksək adları çoxaltmaq yerinə, biznesmenə, məmura, «avtoş»a çevrilirlər. Azərbaycanda az sayda idmançı tapılar ki, daim normal çəkidə olsun və öz çəkisini qoruya bilsin. Onlar sanki birdəfəyə hesablanmış yüksək titullarını sonrakı həyatlarında kef məclislərinə, yeyib-içməyə hesablayırlar. İllərdir Azərbaycan idmanında təkrarlanan bu biabırçı faktın özü ayrıca mövzudur və «Qafqazinfo» bu mövzuda maraqlı bir material hazırlayıb təqdim edəcək.
Bu məqamda bildirək ki, London Olimpiadasının qızıl mükafatçısı Toğrul Əsgərov Londondan qayıdandan sonra ona və digər çempionlarımıza maşınlar kolleksiyası hədiyyə olunmuşdu. Sözügedən maşının nömrəsi isə (99-CL-999) bir müddət mediada ən çox müzakirə olunan mövzuya çevrilmişdi. Adətən belə nömrələrin bir neçə maşının qiymətinə başa gəldiyi heç kimə gizli deyil».