Neft yenə bahalaşdı
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
21:42 | 22 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 812 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
Tramp İranla bağlı qalıcı razılaşma istədiyini bildirib
Bununla bölgədəki ABŞ hərbçilərinin sayı 40 mini keçdi
İrandakı hava hücumları nefti bahalaşdırdı
İsrail hücum iddialarını təkzib etdi
Hörmüz boğazı böhranı dərinləşir
İran Şimali Afrikada yeni terror şəbəkəsi yaradır
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçdi
Avropa indekslər üçüncü gündür enir
Atəşkəsin taleyi müzakirələrdən asılıdır
SEPAH yenə Hörmüzlə təhdid etdi
Tramp İranla bağlı açıqlamalar verdi
Bir üzv digərinin ərazisini bombalayıb
ABŞ Prezidenti İranı atəşkəsi pozmaqda günahlandırdı
Körfəz ölkələri boğaz üzərində yeni balansın formalaşacağından ehtiyat edir
Hörmüz boğazındakı dəniz minaları nə qədər təhlükəlidir və necə zərərsizləşdirilir?
İranda davam edən etiraz aksiyaları, iğtişaşlar və nəhayətdə bəzi bölgələrdəki silahlı üsyan siyasi üfüqlərdə bir sualı meydana gətirir: Görəsən ABŞ İrana müdaxilə edəcəkmi?
Düşünmək olmaz ki, ABŞ İrandakı qarışıqlıq səhnəsində həmmüəllif deyil, Vaşinqton müxtəlif kəşfiyyat və hibrid vasitələrlə İslam Respublikasının daxilində oyun qurmaq təcrübəsi qazanıb.
İğtişaşlar və etirazlar ölkəsi olan İranda hökumət qüvvələri əvvəlki illərdə ən sərt üsullarla etirazları yatırmağa nail olub və bu, ABŞ-ın müdaxilə planlarının qarşısını alan nailiyyətə çevrilib.
Yəni, İranda bu zamana qədər cərəyan edən labirintlər ABŞ-ın aşkar hərbi müdaxiləsinə şərait yaradan həddə qədər yetişə bilməyib, lakin indiki tendensiyalar əvvəlki illərdəkindən fərqli şəkildə təzahür etməkdədir.
Açığı ABŞ-ın hara, hansı zamanda oldu müdaxilə etmək kimi bir dəliqanlı davranışlara sahib olmasını düşünmək özü də sadəlövhlükdür, Ağ Ev maksimal strateji soyuqqanlılıqla şəraitin yetişməsini gözləyir.
Bu şərait beynəlxalq konyunkturanın tələb və təklifləri səviyyəsinə uyğun olmalıdır, ikinci bir tərəf isə Vaşinqtonun özünün qlobal səhnədə müdaxilə imkanlarını müəyyən edən konsepsiyaya əsaslanan mühitin bərqərar olmasıdır.
İranda davam edən etiraz hərəkatının artıq silahlı qarşıdurma mərhələsinə keçidi ABŞ ağacında özünə lazım olan meyvələrin yetişməsi deməkdir. Yəni, həmin etiraz hərəkatının komponentləri ABŞ-ın birbaşa hərbi müdaxiləsini müəyyən edən baryerə çatmaq üzrədir.
Yəni İranda güc strukturları ilə əhali arasındakı silahlı münaqişə ABŞ üçün göydəndüşmə fürsətdir və Vaşinqtonun Bakı-Tehran gərginliyində birincinin tərəfində durması da onun Tehrana hərbi müdaxiləsinə hazırlıq mərhələsində olduğunu göstərir.
Qiyamların başlanmasını iki mərhələyə bölmək olar:
1. Hakimiyyət orqanlarını etirazçı qrupları heçə sayması ilə gizli təşkilatlanma başlayır,
2. Mərhələli şəkildə gizli fəaliyyət üzə çıxaraq aşkar etiraz üsulları ilə müşayiət edilir.
ABŞ-ın müdaxilə təcrübələrində üsyançı qruplar, transmilli təşkilatlar və terror təşkilatları arasında artan əlaqəni təmin etməklə məqsədinə çatmaq nailiyyətləri mövcuddur.
İranda ABŞ-ın müdaxiləsi üçün şərait yetişmək ərəfəsindədir və Ağ Ev üsyançı dəstələrlə əməkdaşlığını gələcəkdə molla rejiminin devrilməsi ilə nəticələndirmək niyyətində qəti olduğunu nümayiş etdirir.
ABŞ-ın İrana hərbi güc tətbiqi molla rejiminin cəza aparatı ilə etirazçılar arasındakı qarşıdurmanın Vaşinqton üçün müdaxiləyə səbəb olacaq baryeri aşıb-aşmayacağından asılı olacaq. Hələlik ABŞ öz planlarına yaxınlaşmaq üçün bir neçə addım öndə görünür.