
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışdığını bildirib və Ukraynanın elektrik şəbəkəsi və təbii qaz infrastrukturuna hücumların davam edəcəyini gözlədiyini bildirib. “Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik”, – Stoltenberq bildirib.
Stoltenberq 29-30 noyabr 2022-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısından əvvəl Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuat konfransı keçirib.
Xarici işlər nazirlərinin Ukraynaya mümkün dəstək yollarını müzakirə edəcəklərini ifadə edən Stoltenberq, “Putinin qalib olmasına imkan verə bilmərik. Bu, hədəflərə güc vasitəsilə nail oluna biləcəyi mesajını verir”, – dedi.
Rusiyanın Ukraynanın elektrik şəbəkəsinə, təbii qazına və əsas xidmət infrastrukturuna hücumlarının davam edəcəyinin ehtimalının olduğunu ifadə edən Stoltenberq, “Sərt soyuqlar düşərkən bunu edirsə, deməli Putinin hazırda qışdan bir silah kimi istifadə etməyə çalışır”, – baş katib vəziyyəti qiymətləndirərkən deyib.
NATO baş katibi bildirib ki, xarici işlər nazirləri iki günlük iclasda Rusiyanın təzyiqinə qarşı Bosniya və Herseqovina, Gürcüstan və Moldovaya veriləcək yardımı da müzakirə edəcəklər.
Prezident Yohannis ölkəsinin NATO-nun kollektiv müdafiəsinə mühüm töhfələr verməyə davam edəcəyini vurğulayıb.
NATO və müttəfiq ölkələrin Rumıniyada əhəmiyyətli qüvvələr yerləşdirdiyini bildirən Yohannis Rumıniyanın hazırda təxminən 5 min müttəfiq əsgərinə ev sahibliyi etdiyini bildirib.
Jurnalistin sualına Yohannis “Çoxlu sayda müttəfiq qoşunlarına ehtiyac var, lakin bu kifayət deyil. Möhkəm çəkindirmə və müdafiəni təmin etmək üçün avadanlıq, daha doğrusu, əvvəlcədən yerləşdirilmiş avadanlıq lazımdır”, – dedi.
Madrid sammitində alınan qərarları “olduqca ümumi” adlandıran Yohannis, “Hücum zamanı hansı əsgərlərin göndəriləcəyini çox dəqiq bilmək lazımdır. Konkret planlara ehtiyac var. Bu cür qərarları son dəqiqəyə buraxa bilmərik”, – dedi.