vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TEXNİKA  
07:41 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 235 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Okeanın dibində qara oksigen

4 min metr dərinlikdə kəşf edilib

ELŞAD

Alimlər oksigenin Sakit okeanın dibindəki zülmət qaranlıqda qəribə kartof formalı metal hissəciklər tərəfindən əmələ gəldiyini aşkar ediblər.

Şotlandiya Dəniz Elmləri Dərnəyinin tədqiqatçıları tərəfindən edilən kəşfin Yer kürəsində həyatın ilk dəfə necə başladığına dair anlayışı yenidən formalaşdıra biləcəyi düşünülür.

Araşdırma qrupunun rəhbəri Endryu Svitmən (Andrew Sweetman), əldə etdikləri məlumatların fövqəladə olduğunu açıqlayaraq, “əvvəlcə sensorların qırıldığını düşündük, çünki dərin dənizdə edilən hər bir araşdırmada istehsal deyil, yalnız oksigen istehlak edilirdi”, – deyib.

Yalnız bitkilər və yosunlar kimi canlıların fotosintez yolu ilə oksigen istehsal edə biləcəyi düşünülürdü. Lakin günəş işığının çata bilmədiyi okean səthindən 4 kilometr aşağıda tünd oksigen adlanan polimetal düyünlər adlanan kiçik mineral yataqlarının əmələ gəldiyi qeyd edilib.