
20 milyon insanın məlumatı oğurlanıb
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Böyük bir sui-qəsd planı ifşa edildi
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Cekpot udub 11 milyon manatdan çox qazanan adam fanatı olduğu idmana görə Bakıya gələcək
Almaniyada 3 sərxoş ingilis əsgəri həbs olunub
Dünyanın ən yaşlı insanı sirrini bölüşdü
Böyük Britaniya xərçəngi tək peyvəndlə müalicə etmək üçün qollarını çırmalayır
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Kral olanda qardaşı və xanımın titullarını alacaq
Britaniyada çimərliklərdən çınqıl daşı, qum götürənlər 1000 funt-sterlinq cərimələnəcək
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
“Google” Böyük Britaniyada rəqabət qanunlarını pozmaqda günahlandırılır
Böyük Britaniyada müsəlmanlara qarşı ifrat sağçı zorakılıqların əhəmiyyətli dərəcədə artması müsəlman cəmiyyətində ciddi narahatlıq yaradır. “Müsəlmanların siyahıyaalınması”nın bu yaxınlarda apardığı sorğuda müsəlmanların 92 faizinin gündəlik həyatlarında özlərini “daha az təhlükəsiz” hiss etdikləri ortaya çıxıb.
Sorğuda iştirak edən 1519 nəfər iyulun 30-da başlayan iğtişaşlardan sonra “islamofobiya” hadisələrinin və irqçi hücumların artdığını aşkar edib.
Tapıntılar göstərir ki, hər altı müsəlmandan biri irqçi hücumlara məruz qalır və bu hücumlar xüsusilə məscidlərdə, müsəlmanlara məxsus iş yerlərində və qaçqınların qəbul edildiyi hotellərdə cəmləşib.
“Müsəlmanların siyahıyaalınması”nın yaradıcılarından biri olan Sadık Dorasat, mətbuata narahatedici vəziyyətlə bağlı bunları deyib: “Evlərini tərk edərkən və ya işdən evə gedəndə özlərini təhlükəsiz hiss etməyən müsəlman qadınların kədərli hekayələrini aldıq. Hazırda müsəlmanlara qarşı sistemli kampaniya ilə üzləşirik ki, bu da onların təhlükəsizliyi üçün ciddi narahatlıq yaradır”.
Gərginlik və zorakılığın artması London, Liverpul və Bristol da daxil olmaqla bir çox şəhərlərdə dini və ticarət obyektlərinin hədəf alınmasına səbəb olan sosial mediada yanlış məlumatların yayılması zamanı baş verir.
Bu şəhərlərdə avtomobillərin yandırılması, binalara daş atılması və s. Hücumlar olub və səlahiyyətlilər bu hücumları yatırmaq üçün hərəkətə keçib. Nəticədə 900-dən çox adam saxlanılıb, 400-dən çox adam isə mühakimə olunub.
Hücumlara cavab olaraq, ölkə daxilindəki məscidlər müsəlmanları riskləri minimuma endirmək üçün gün batdıqdan sonra təkbaşına səyahət etməmək və qrup halında səyahət etmək kimi yüksək təhlükəsizlik tədbirləri görməyə çağırıb.
Sadık Dorasat hökuməti bu hücumlara qarşı qəti mövqe tutmadığına görə tənqid edib və bildirib ki, “İslamofobiya”nın rəsmi tərifinin olmaması bu fenomenlə mübarizə səylərini çətinləşdirir. Dorsat hökuməti mövcud vəziyyətin ciddiliyini tanımağa və ölkənin etnik və dini icmalarını qorumaq üçün konkret addımlar atmağa çağırıb.
Daxili işlər naziri məscidlərin əlavə mühafizəsi ilə bağlı öhdəliklərini təsdiqləyib, Baş nazir Keir Starmer isə zorakılıq və nifrətin bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayıb. Lakin ən böyük problem bu tədbirlərin yerlərdə həyata keçirilməsini və müsəlmanların gələcək hücumlardan qorunmasını təmin etməkdir.