Çin 11 yeni nüvə reaktoru tikəcək
Dünya lideri olmaq üçün daha 36-sı lazımdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Çin Bebincanı qarşılamağa hazırlaşır
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
-
İşsizlik və daşınmaz əmlakda geriləmə
Daxili tələbdəki zəifliyin Çin iqtisadiyyatına mənfi təsiri davam edir
-
Çinə qarşı qiymət artımı dəqiqləşdi
ABŞ-ın beş ay əvvəl verdiyi qərar iki həftə sonra qüvvəyə minəcək
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Yağı” qurbanları 143-ə çatdı
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
-
Putinin Şərqə səfərləri ...
... Yeni təsir axtarışı?
Çində 5 fərqli bölgədə 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə icazə verilib. Yerli mətbuatda yer alan xəbərə görə, ölkədə kabinet funksiyasını yerinə yetirən Dövlət Şurası dünənki iclasında şimalda Şandunq, şərqdə Jiangsu və Cjiang, cənubda Quangdong əyalətləri və Quangxi Cuang Muxtar Bölgəsində yeni nüvə reaktorlarının inşasına qərar verib.
İnşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.
Dövlətə məxsus Çin Ümumi Nüvə Enerjisi Korporasiyası (CNGP) 6, Çin Milli Nüvə Enerjisi Korporasiyası (CNNC) 3 və Dövlət Enerji İnvestisiya Korporasiyası (SPIC) isə 2 reaktorunun tikintisini həyata keçirəcək.
Çin 2022 və 2023-cü illərdə 10 yeni reaktorun tikintisini təsdiqləmişdi.
Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var ki, bununla da ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.
Çin 2030-cu ilə qədər layihə və ya tikilməkdə olan 36 reaktorun əlavə edilməsi ilə nüvə enerjisi gücündə dünya lideri olmağı hədəfləyir.