Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:57 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 187 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
ABŞ Müdafiə Nazirliyinin hərbi xaricə yardımı nəzərdən keçirməsi nəticəsində daha əvvəl Ukraynaya göndəriləcəyi bildirilən bəzi hərbi sursatların göndərilməyəcəyini açıqlamasından sonra Ukrayna ABŞ missiyasının nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.
Ukrayna Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, nazirliyə çağırılan ABŞ səfirinin müavini Con Qinkel ilə görüşdə Rusiya işğalına qarşı mübarizədə kritik hərbi yardımın əhəmiyyəti vurğulanıb.
Ukrayna xarici işlər nazirinin müavini Mariana Betsa mövzu ilə bağlı açıqlamasında ABŞ-ın dəstəyinə görə minnətdarlığın Qinkelə çatdırıldığını, lakin yardımların, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin kəsilməsinin Rusiyanı cəsarətləndirəcəyini bildirib.
Betsa öz bəyanatında qeyd edib ki, “Ukrayna tərəfi vurğuladı ki, rəsmi Kiyev müdafiə qabiliyyətinin dəstəklənməsində hər hansı gecikmə və ya təxirə salınma yalnız təcavüzkarı sülhdən çox müharibə və terroru davam etdirməyə cəsarətləndirəcək”.
***
Ukrayna Müdafiə Nazirliyi də bu gün açıqlayıb ki, ABŞ-ın döyüş sursatlarının göndərilməsinin dayandırıldığı barədə onlara rəsmi məlumat verilməyib.
Nazirlikdən verilən açıqlamada, “Ukrayna təsdiq edilmiş müdafiə yardımının çatdırılması cədvəlinin dayandırıldığı və ya ona yenidən baxıldığı barədə heç bir rəsmi bildiriş almayıb”.
Bəyanatda deyilir: “Ukrayna Müdafiə Nazirliyi detalları aydınlaşdırmaq üçün amerikalı həmkarları ilə telefon danışığı tələb edib”.
Ukrayna prezidentinin müşaviri Dmitri Litvin də jurnalistlərə bildirib ki, Kiyev məsələ ilə bağlı Vaşinqtondan konkret məlumat almağa çalışır.
Litvin “Vəziyyəti aydınlaşdırmağa çalışırıq. Düşünürəm ki, yaxın günlərdə hər şey aydınlaşacaq”, – deyib.
***
ABŞ-ın Ukraynaya müəyyən hərbi sursat göndərməmək qərarından sonra Kreml də məsələ ilə bağlı açıqlama verib. Kremlin bəyanatında deyilir ki, ABŞ-ın silah və sursat daşınmasını dayandırması alqışlanır və Kiyevə daha az silah göndərilməsi münaqişənin daha tez bitməsi deməkdir.
Ukraynalı deputat Fedir Venislavski də “Reuters” xəbər agentliyinə bildirib ki, Vaşinqton administrasiyasının qərarı Kiyevin son həftələrdə intensivləşən Rusiya hava hücumlarına qarşı müdafiə səyləri baxımından ağrılıdır.
***
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hərbi xarici yardımı nəzərdən keçirməsi nəticəsində Ukraynaya daha əvvəl göndəriləcəyi bildirilən bəzi hərbi sursatların göndərilməyəcəyini açıqlayıb.
Ağ Ev mətbuat katibinin müavini Anna Kelli verdiyi açıqlamada Pentaqonun hərbi xaricə yardımı nəzərdən keçirdiyini bildirib.
Bu kontekstdə Kelli qeyd edib ki, keçmiş prezident Co Bayden dövründə Ukraynaya göndəriləcəyi bildirilən bəzi hərbi sursatların “ABŞ-ın maraqlarını prioritetləşdirmək üçün” daşınmasının dayandırılmasına dair qərar verilib. Kelli “ABŞ Silahlı Qüvvələrinin gücü şübhəsizdir. İrandan soruşa bilərsiniz”, – deyib.
Adları açıqlanmayan ABŞ rəsmiləri, Pentaqonun araşdırması nəticəsində bəzi silahların “ehtiyatlarının azalması” səbəbindən göndərilməsi planlaşdırılan bəzi hərbi sursatların göndərilməsinin dayandırılmasına qərar verildiyini iddia edib.