
53 yaşlı zərif cəngavər
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Şimali Koreyanın Vonsan şəhərində Kalma yarımadasının sahilində inşa edilən 20 min nəfərlik yeni turizm kompleksi yerli ziyarətçiləri qəbul etməyə hazırlaşır. Şimali Koreya hökuməti verdiyi açıqlamada ölkənin müxtəlif bölgələrindən hər yaşdan gələn ziyarətçilərin 4 kilometr uzunluğundakı sahil zolağından və müxtəlif növ hovuzlardan həzz alacaq.
Açıqlamada, “İnsanların dünyada tayı-bərabəri olmayan bu möhtəşəm turistik məkana səyahətə can atdığı bir vaxtda, açıldığı ilk gündə çoxlu sayda qonaq bölgəyə səfər edəcək”.
***
Rusiya mətbuatı Şimali Koreyanın bölgəni xarici turistlərin üzünə açmağa hazırlaşdığını yazıb və iyulun 7-də rus turist qrupunun Kalma Turizm Kompleksini ilk dəfə ziyarət edəcəyini açıqlayıb.
***
Cənubi Koreyanın Birləşmə Nazirliyindən verilən açıqlamada həmçinin bildirilib ki, nəqliyyat imkanlarının məhdud olması səbəbindən bölgəyə gələn xarici turistlərin sayı Pxenyan administrasiyasının gözləntilərindən az ola bilər. Bildirilib ki, Şimali Koreyanın paytaxtı Pxenyan və Rusiyanın Vladivostok şəhərləri arasında uçuş imkanlarına əsasən, hər gün bölgəyə təxminən 170 xarici turistin gəlməsi gözlənilir.
Şimali Koreyanın Kalma yarımadasının sahilində tikilən 20 min nəfərlik turizm kompleksi ölkə lideri Kim Çen Inın da iştirak etdiyi mərasimlə açıb. Turizm sektorunun iqtisadi artıma töhfə verən hərəkətverici qüvvə kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Kim, “Yeni tikiləcək bu kompleks ölkəmizin dünya səviyyəli turizm və mədəniyyət mərkəzinə çevrilməsinə töhfə verəcək və ölkənin müxtəlif yerlərində tikiləcək oxşar obyektlərə öncülük edəcək”, – deyib.
***
Açılışda Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora və səfirlik rəsmilərinin xüsusi qonaq qismində iştirakı diqqəti çəkib. Şimali Koreyanın mədəniyyətlərarası qarşılıqlı əlaqəni artırmaq və xarici valyuta qazanmaq üçün gələcəkdə rus turistləri qəbul edə biləcəyi ilə bağlı şərhlər var idi.