Xanbalıqdan Xankəndinə ...
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
18:18 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 182 dəfə baxılıb
Şriftin ölçüsü
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
İsraillə müharibə İranın hərbi rəhbərliyinin yüksək eşelonunun öldürülməsinə və kritik nüvə tədqiqatlarının hədəfə alınmasına səbəb oldu. Müharibə həm də Rusiya və İran arasında müttəfiqliyin sərhədlərini sınaqdan keçirdi. Moskva Tehrana diplomatik dəstəkdən başqa, demək olar ki, heç nə təklif etmədi.
Son günlər Moskva ilə münasibətləri korlanan İran təcili olaraq müdafiəsini bərpa etməyə çalışır. Bu yaxınlarda strateji tərəfdaşlıq sazişinin imzalanmasına və illərlə sıx əməkdaşlığa baxmayaraq, Rusiyanın müharibə zamanı İrana dəstəyi əsasən şifahi olaraq qaldı.
Həm İran, həm də Qərb mediasında yayılan təsdiqlənməmiş xəbərlər iddia edir ki, İran qabaqcıl hərbi texnika, xüsusən də “Chengdu J-10C” çoxməqsədli döyüş təyyarəsi əldə etmək ümidi ilə Çinə üz tutur. İranın islahatçı “Şərq” qəzeti bu ittifaqın kritik məqamlarda möhkəm öhdəliklərə deyil, dəyişən maraqlara əsaslandığını bildirib.
Qəzet qeyd edib ki, bəzi təlim təyyarələri istisna olmaqla, Moskvanın vəd etdiyi texnikanın heç biri İrana çatdırılmayıb. Bunun əsas səbəbləri Rusiyadakı istehsal problemləri və Fars körfəzi ölkələri, İsrail və ABŞ-ın diplomatik təzyiqləri olub. “Azad Avropa” Radiosunun məlumatına görə, bu öhdəliklərin olmaması İran rəsmilərini və analitiklərini Rusiyanın müttəfiq kimi etibarlılığını açıq şəkildə şübhə altına almağa vadar etmiş ola bilər.
İran parlamentinin keçmiş vitse-spikeri Əli Mötəhari də “X”də dərc olunan paylaşımında qeyd edib ki, Tehran Ukraynadakı müharibə üçün Moskvanı pilotsuz təyyarələrlə təmin etməsinə baxmayaraq, Rusiya İrana “S-400” hava hücumundan müdafiə sistemi satmaqdan imtina edib. Mötəhari deyib ki, Moskva bu sistemləri Türkiyə və Səudiyyə Ərəbistanına verib.
İranın Rusiyadan qabaqcıl hərbi texnika, o cümlədən “Su-35” qırıcıları və “Mi-28” hücum helikopterləri almaq cəhdləri də nəticə verməyib.
Keçmiş hüquqşünas iddia edib ki, Rusiyanın istəksizliyi İranın “S-400”dən İsrail təcavüzünə qarşı istifadə edə biləcəyi ilə bağlı narahatlıqlardan qaynaqlanır və bu, Putinin dilə gətirdiyi strateji tərəfdaşlığın səthiliyini ortaya qoyur.
***
Məlumdur ki, İranın hava qüvvələri son dərəcə köhnədir və müasir düşmənlərlə qarşılaşmaq üçün kifayət deyil. İran hava donanması əsasən 1979-cu il inqilabından əvvəl alınmış və yerli improvizasiya vasitəsilə istismara verilmiş ABŞ və Sovet dövründən qalma təyyarələrdən ibarətdir.
Təyyarələrin çoxu, xüsusən də “F-14” (Grumman) ABŞ ilə sıx əlaqələri olmuş şah rejimindən qalan mirasdır. ABŞ silahlı qüvvələri bu təyyarələri 19 il qabaq 2006-cı ildə xidmətdən çıxarıb. Bu və digər köhnəlmiş İran döyüş təyyarələrinin neçəsinin hələ də istismara yararlı vəziyyətdə olduğu məlum deyil.
***
Bununla belə, Çinin İrana döyüş təyyarələri verməyə hazır olub-olmadığı hələ də qaranlıq qalır.
“Exeter” Universitetinin müəllimi və “TOChina Hub”ın “ChinaMed” layihəsinin tədqiqat direktoru Andri Qhisellinin sözlərinə görə, Çinin İrana tədarük etmək istəməməsi açıq-aydın görünür: “Pekin texnoloji və iqtisadi özünü təmin etməyə vaxt qazanmaq üçün Vaşinqtonla münasibətlərini sabitləşdirməyə çalışır. Bu, İran Hərbi Hava Qüvvələrinin yenidən qurulmasından daha vacibdir".
***
Ekspertlər də Çinin İranın regional rəqibləri ilə münasibətlərini İranın ordusunu gücləndirmək istəməsinə qurban vermək istəməyəcək.
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutundan Həmidrza Əzizinin sözlərinə görə, İran, Yaxın Şərqdə iqtisadi və ya geo-iqtisadi aktor kimi çıxış edir. Əzizi Çinin İranın Körfəz Əməkdaşlıq Şurasındakı sünni ərəb qonşuları, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrinə önəm verdiyini və bu ölkələrin kritik enerji tədarükçüləri və ticarət tərəfdaşları olduğunu, lakin Tehranla ehtiyatlı münasibətlərini davam etdirdiyini bildirib.