Dünyanın ən zəngini, fəzanın da ən güclüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
14:28 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 154 dəfə baxılıb
Şriftin ölçüsü
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
ABŞ Prezidenti Donald Trampın vergi endirimlərini genişləndirən və sosial xərclərin ciddi şəkildə azaldılmasını nəzərdə tutan qanun layihəsi Respublikaçıların nəzarətində olan Senatda cüzi səslə təsdiqləndikdən sonra “Tesla” səhmləri 5,3 faiz ucuzlaşıb.
Şirkətin baş direktoru İlon Mask Trampın böyük vergi və xərclər paketini “israf” və “səhv” kimi tənqid edib.
Tramp, Ağ Evdə jurnalistlərə verdiyi son açıqlamada Mask haqqında dedi: “O, elektrikli avtomobil stimulunu itirdiyinə görə qəzəblidir ... O, bəzi şeylərə çox qəzəblidir, lakin daha çoxunu itirə bilər”.
Maska məxsus “Tesla”, hökumətin təşviqləri və vergi endirimləri sayəsində illər ərzində milyardlarla dollar qazanc əldə edib.
Tramp, bu subsidiyalara son qoyulacağı təqdirdə ölkənin böyük qənaət edəcəyini iddia edib.
Tramp “Truth Social” sosial media platformasında “Artıq raket buraxılışları, peyklər, elektrikli avtomobil istehsalı olmayacaq, ölkəmiz sərvət qazanacaq”, – deyib.
Bundan əlavə, Tramp Maskın liderliyi ilə qurulan və dövlət xərclərini azaltmağı qarşısına məqsəd qoyan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) istinad edərək, “DOGE bir canavardır ki, bəlkə geri qayıdıb İlonu özünü yeyə bilər”, – deməsi gərginliyi daha da artırıb.
***
Digər tərəfdən Trampa Maskın ABŞ vətəndaşı olaraq deportasiya edilib-edilməyəcəyi də soruşulub. Prezident Tramp bu suala “Bilmirəm. Baxacağıq”, – deyə cavab verib.
Tramp və Mask arasında şifahi duel Senatda yeni vergi qanunu qəbul edildikdən sonra yenidən alovlanıb. Sözügedən qanun elektrikli avtomobillərin alışına tətbiq edilən vergi güzəştlərini aradan qaldıraraq “Tesla” kimi şirkətlərə birbaşa təsir edəcək.