ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
15:27 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 140 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Mənim rusun özünə də, dilinə də olan münasibətim həmişə neqativ olub. Rusdilli məktəblərlə bağlı yazdığım statuslara görə dəfələrlə “elit takılan” dostların tənqidinə də tuş gəlmişəm. Adətən küçədəki quduz itləri doğması kimi müdafiə edən, quduz itin dişlədiyi körpəyə acımayan “heyvansevənlər” kimi bu rus dili aşiqləri də eyni qılınc və qalxanla gəlib üstümə.
Mən nə dil öyrənməyin, nə də kiminsə övladının hansı dildə təhsil almasının əleyhinə deyiləm. Dediyim odur ki, rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşməməlidir. Necə ki ingilis, fransız dilli məktəblər, liseylər var və ödəniş əsasında fəaliyyət göstərir, bu məktəblər də valideynlərin şəxsi büdcəsi ilə olmalıdır. Hətta bu barədə qanun layihəsi də var.
Rus dilinin “üstünlüyü” məsələsinə gəldikdə isə, müasir dövrdə bu, aktuallığını çoxdan itirib. Dünyanın 95 faiz ölkəsində insanlar az-çox ingilis dilində danışa bilir. Rus dili isə yalnız Rusiyada və bir neçə postsovet ölkəsində keçərlidir.
“Uşağım Dostoyevskini orijinalda oxuyacaq” kimi toksik düşüncələr sovet təfəkküründən bizə miras qalmış bir illüziyadır. Elə bilirik ki, mədəniyyət, yazı, incəsənət yalnız ruslardan gəlməlidir və onlar daha mütərəqqidirlər. Birincisi, hər rus dilini bilən adam rus yazıçılarını oxumur. Əgər oxusaydı, rusların hamısı həlim, mədəni, alicənab insanlar olardı. Amma reallıq göstərir ki, yeri gələndə onlar qədər şovinist, qəddar, allahsız millət tapmaq çətindir.
Azərbaycanı bölüb-parçalayan da, Dərbəndi, Tiflisi, İrəvanı, Borçalını, Göyçəni bizdən alıb digər Qafqaz ölkələrinə pay verən də, Bəkir Çobanzadəni, Mikayıl Müşfiqi, Əhməd Cavadı öldürən də, 31 Mart soyqırımını, 20 Yanvar hadisəsini, Xocalı faciəsini törədənlərin başında da ruslar dayanır – bunu bilirik, unutmuruq.
Son günlərdə baş verən hadisələrə münasibətim isə tamamilə fərqlidir. Bəli, Azərbaycan vətəndaşlarının qəddarlıqla qətlə yetirilməsi dözülməzdir və bununla bağlı mütləq ciddi tədbirlər görülməlidir. Amma bu gün tezislə danışan jurnalistlərin üslubu, Rusiyaya təzyiq etmək cəhdləri, onlardan qisas almaq ritorikası Molla Nəsrəddinin “ayağını cızıqdan üç dəfə kənara qoyması” lətifəsinə oxşayır.
Dünyada ədalət yoxdur. BMT-nin əlindən heç nə gəlmir. Kim haranı istəyir, bombalayır. Kim kimin torpağını işğal etmək istəyirsə, edir. Digər ölkələr isə ya işğalçıya silah verir, ya da ən yaxşı halda qınayır. Ondan bir az yaxşısı “sərt qınayır”.
Bu gün Azərbaycan – son 20-30 ildə olduğu kimi – Rusiya ilə münasibətləri mülayim siyasətlə davam etdirməlidir. Ölkədə işsizlik, sahibkarların sıxışdırılması və digər sosial çatışmazlıqlar nəticəsində milyonlarla azərbaycanlı çörəyini Rusiya bazarında qazanır. Üstəlik, bəziləri qeydiyyatsız yaşayır. Moskva boyda şəhərin 10 faizinə qədəri azərbaycanlılardan ibarətdir. Rusların terror törətmək potensialı isə bəzi radikal dini qruplardan da çoxdur.
Azərbaycanda hələ də Rusiyanın vassalı olmuş xeyli vəzifəli adam var. Rusiya daimi qonşudur və bundan qurtuluş yoxdur. Bunu bilə-bilə biz baş verən hadisəyə “qaqaş kimi” yox, haqlı narazılıqla, fakt və arqumentlərlə, sivil şəkildə cavab verməliyik.
“Sən mənim qardaşıma təpik atmısan, al mən də sənin qardaşını mələdəcəm” demək – “gəl dalaşaq” deməkdir. Bu da indiki qarmaqarışıq vəziyyətdə ölkəmiz üçün heç bir uğurlu gələcək vəd etmir. Qorxmaq başqa şeydir, ağıllı davranmaq tamam başqa.
İnsanların çoxu hələ daş dövründən çıxmayıb – sadəcə silahlar dəyişib.
Yazımın əvvəlində də dediyim kimi, “Rusiya bizə bunu etdi, biz də onlara cavab verək” ritorikası ilə bir yerə çatmaq olmaz. Rusla mübarizə aparmaq istəyirsənsə – rusdilli məktəbləri yavaş-yavaş ləğv et, rus vassallarını yavaş-yavaş vəzifədən təmizlə, Onların ideoloji təsirini minimuma endir. Bu onlar üçün ən ağır, ən təsirli zərbə olacaq. Vəssalam.
Bəlkə də kimsə deyəcək: “Nə olsun, böyük dövlətdir? İran da böyük idi, amma ondan qat-qat kiçik olan İsrail onları diz çökdürdü”. Məsələ böyük-kiçikdə deyil. Qlobal dünyada əsas məsələ sənin yanındakı imperiyaların kimlər olduğudur. Amerika bizə İsrail kimi dəstək verəcəkmi? Yox. Fransa? Nəinki dəstək verməyəcək, hətta bəzən bizə düşmən mövqe tutacaq.
Bu məsələlərdə fərqli fikirlərin olması təbiidir. Əsas odur ki, hər birimiz ölkəmizin gələcəyi naminə soyuqqanlı və sağlam düşüncəli olaq. Emosiyalardan çox, məntiq və uzaqgörənlik ön planda olmalıdır.