Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
14:03 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 227 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kəmalə Harrislə bağlı açdığı məhkəmədə qalib gəlib. Tramp, keçən ilki seçkilərdə Demokratik rəqibi Harrislə oktyabrda yayımlanan müsahibəni redaktə etdiyi iddiası ilə media şirkəti CBS-ni məhkəməyə vermişdi.
CBS-nin sahibi “Paramount” bu gün hüquqi prosesin razılaşma ilə yekunlaşdığını açıqladı.
Amerika yayım şirkəti CBS-nin “60 Dəqiqə” proqramında yayımlanan sənədli film üçün 16 milyon dollar ödənəcəyini açıqlayıb. Bildirilib ki, pul birbaşa Respublikaçı przidentə verilməyəcək, o, vəzifədən gedəndən sonra onun adına yaradılacaq kitabxanaya bağışlanacaq.
Şirkətin bəyanatında baş verənlərlə bağlı heç bir üzr istəmədiyi və ya təəssüflənmədiyi vurğulanıb.
Trampın hüquq komandasının sözçüsü “The Wall Street Journal”a (WSJ) bildirib ki, bu razılaşma “Amerika xalqı üçün daha bir qazancdır”. Sözçü Trampın “bir daha medianı yalan xəbərlərinə görə məsuliyyət daşıdığını” iddia edib.
Respublikaçı liderin vəkilləri noyabr ayında Texasdakı federal məhkəməyə iddia qaldıraraq, CBS-nin müsahibəni “Harrisin zəifliyini ört-basdır etmək” üçün redaktə etdiyini iddia etmişdi.
İddiada CBS-nin bunu ictimaiyyəti çaşdırmaq və Trampa zərər vermək üçün etdiyi iddia edilib. CBS iddiaları təkzib etmiş və qeydlərdə heç bir dəyişiklik edilmədiyini bildirmişdi.
Media şirkətinin bəyanatında deyilir ki, Harrislə müsahibə müxtəlif proqramlardakı vaxt məhdudiyyətlərinə uyğun olaraq qısa və uzun iki versiyada redaktə edilib. Sualların və Demokrat siyasətçinin cavablarının hər iki versiyada eyni olduğunu iddia etmişdi.
Tramp əvvəlcə 10 milyon dollar təzminat tələbi ilə məhkəməyə müraciət etsə də, sonradan bu məbləği 20 milyard dollara çatdırmışdı. WSJ-nin məlumatına görə, mayda “Paramount” sövdələşmə üçün 15 milyon dollar təklif edəndə Tramp bu təklifi rədd edərək 25 milyon dollar istəyib.