Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:06 | 2 iyul 2025 | Çərşənbə
Məqaləyə 235 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Hadisə şahidlərinin ifadələri, o cümlədən vizual sübutlar bir daha təsdiqləyir ki, azərbaycanlılar Yekaterinburqda saxlanılarkən və daşınarkən sistematik şəkildə fiziki zorakılığa məruz qalıblar. Bu barədə bu gün brifinqdə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov məlumat verib.
O bildirib ki, ilkin ekspert rəyinə görə, Səfarov qardaşlarının hər ikisi posttravmatik və posthemorragik şokdan vəfat edib: “Bu da çoxsaylı bədən xəsarətləri nəticəsində baş verib”.
Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov qeyd edib ki, Rusiya tərəfindən azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri ilə bağlı Azərbaycan tərəfinə heç bir hüquqi yardım sorğusu göndərilməyib.
“Söhbət 2001-ci ildə baş vermiş qəsdən adam öldürməyə cəhd və digər hadisələrlə bağlı üç cinayət işindən gedir. Bu halların heç biri üzrə Azərbaycan hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım barədə müraciət daxil olmayıb”, — deyə o vurğulayıb.
Nəmat Əvəzov qeyd edib ki, azərbaycanlıların Yekaterinburqda qətlə yetirilməsində təqsiri olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Azərbaycan bütün hüquqi mexanizmlərdən istifadə edəcək.
İdarə rəisi vurğulayıb ki, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi Konstitusiyanın əsas prinsiplərindən biridir.
“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu bu prinsiplərə sadiqdir. Baş Prokurorluq bu cinayət işinin araşdırılmasını öz borcu hesab edir”, — deyə o qeyd edib.
Nemət Əvəzov həmçinin bildirib ki, Azərbaycan Rusiya ərazisində azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı araşdırma çərçivəsində Rusiya müvafiq orqanlarına sorğu göndərib.
Onun sözlərinə görə, Rusiya tərəfinə zəruri istintaq hərəkətlərinin, o cümlədən ekspertizaların və baxışların keçirilməsi təklif olunub.
Əvəzov Rusiya hüquq-mühafizə orqanlarının operativ şəkildə araşdırmaya başlamasına ümid etdiyini də qeyd edib.