Gül baş nazir ola bilməz
Hazırkı prezidentin hökumət rəhbəri kreslosuna keçməsi üçün bəzi təkliflər irəli sürülür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müavini Əmrullah İşler avqustda keçiriləcək prezident seçkisi barədə danışıb. ANS PRESS-in xəbərinə görə, İşlər baş nazirin namizəd olacağı barədə qərarını qarşıdakı günlərdə açıqlayacağını, iştirak edəcəyi təqdirdə ilk turda 50 faiz səs yığacağını iddia edib.
Əmrullah İşler hazırki prezident Abdullah Gülün baş nazir olub-olmayacağı barədə də suala cavab verib. Baş nazirin müavini, millət vəkili olmadığı üçün Abdullah Gülün seçki başa çatan kimi baş nazir olmasının mümkün olmayacağını bildirib.
«Hesab edirəm ki, prezidentimiz millət vəkili olmadığı üçün bu vəzifənin icrasına başlaya bilməz. Bu texniki olaraq da mümkün deyil. Qarşımızda iki yol var. Bayburt modeli və ya vaxtından əvvəl seçki. Bu təqdirdə yenə də 2 ay vaxta ehtiyac var. Abdullah Gül vaxtından əvvəl keçirilən qurultayla partiyanın sədri də ola bilər. Amma bütün bunlar barədə dəqiq məlumatlar prezidentimizlə baş nazirimiz arasında keçirilən görüşdən sonra məlum olacaq».
Xatırladaq ki, 2002-ci ildə AKP-nin təkbaşına hakimiyyətə gəlməsindən bir müddət sonra həbsdən çıxan Rəcəb Tayyib Ərdoğanın millət vəkili olmasının qarşısındakı maneə ləğv olunmuş, Siirt millət vəkili istefa vermiş, 2003-cü ilin mart ayında keçirilən seçki ilə Siirtdən namizəd olan Ərdoğan millət vəkili və daha sonra baş nazir olmuşdu.
Baş nazirin müavini Əmrullah İşler «Bayburt modeli» deyərək prezident Abdullah Gülün Bayburtdan millət vəkili və daha sonra baş nazir ola biləcəyinin işarəsini verib.