

Fransalı siyasətçi ABŞ-a hədiyyə edilən simvolu tələb edir
İspaniyanın baş naziri Pedro Sançes: “Rusiya təhdidləri ilə üzləşən ölkələrə kömək etməliyik”
“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
Lukaşenko Zelenskini təhqir edib
Tramp Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlamasında 2 ölkənin adını verdi
Kallas planındakı rəqəm ötən il Ukraynaya verilən ümumi məbləğin iki qatıdır
ABŞ kəşfiyyatının hesabatları Rusiyanın geri çəkilməyəcəyini göstərir
Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Rusiya ABŞ-a siyahı göndərdi
Avropa-ABŞ qarşıdurması Türkiyəyə xeyir verə bilər
3-cü dünya müharibəsi və yeni bir epidemiya təhlükəsi
Avropa Parlamentindən Ukrayna ilə bağlı son dəqiqə qərar
Ukrayna prezidenti Vladimir Zelenski ötən ildən bəri tez-tez dilə gətirilən piyada çatışmazlığı ilə bağlı yeni addım atacaqlarını açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski bir müddətdir problem olan əsgər çatışmazlığı ilə bağlı mühüm addım atmağa hazırlaşdıqlarını açıqlayıb. Ukrayna Müdafiə Nazirliyinin hazırladığı plan 18-24 yaş arası gənclərin müqavilə əsasında hərbi xidmətə cəlb olunmasını nəzərdə tutur. Bu növ hərbi xidmətin könüllü olacağını və gənclərə mühüm imtiyazlar veriləcəyini bildirib. Zelenskinin bəyanatına görə, Ukrayna Müdafiə Nazirliyi müvafiq plana hazırlığı davam etdirir və onun tezliklə qüvvəyə minməsi gözlənilir.
Ukrayna-Rusiya müharibəsində hər iki tərəf ağır itkilər versə də, Rusiya piyada çatışmazlığını daha tez aradan qaldıra bildi. 145 milyon əhalisi olan Rusiya potensial əsgər sayına görə 35 milyon əhalisi olan Ukrayna ilə müqayisədə üstünlüyə malikdir.
ABŞ-ın keçmiş prezidenti Co Bayden və milli təhlükəsizlik müşaviri Cek Sallivan Ukraynaya hərbi yaşın 18-ə endirilməsi üçün təzyiq göstərirdilər. Lakin Vladimir Zelenski hərbi xidmət yaşını 18-ə endirməkdən imtina edərək, əslində çatışmayanın əsgərlər deyil, silahlar olduğunu bildirmişdi.
Son anda Zelenski fikrini tam dəyişməsə də, 25 yaşdan aşağı olanlar üçün müqavilə əsasında hərbi xidmət keçmə variantını təqdim etdi.