
ABŞ siyasi elitası iki yerə bölünüb
Pentaqonun Ukraynaya silah tədarükünü dayandırması Trampı təəccübləndirib
Pentaqonun Ukraynaya silah tədarükünü dayandırması Trampı təəccübləndirib
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
“Silah istehsalı Amerika xalqının vergiləri ilə maliyyələşdirilir”
“E-6B Mercury” Atlantik okeanı üzərindən uçurmuş
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
Maskın prioriteti “Epstein faylları”nı üzə çıxarmaqdır
“Dolları bitirməyə çalışırlar”
Tramp avqustun 1-dən etibarən tətbiq olunacaq tariflərlə bağlı danışıb
Üzv ölkələr Avropa Parlamentinin təsdiqlədiyi qərarı ilin sonuna qədər ratifikasiya etməlidir
Fransa müxalifətinin lideri siyasi qadağa qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir
“Xalq üsyana qalxsa, rejim üçün daha pis olacaq”
... Yüksək səviyyəli şəxslərlə əlaqə saxladı, yenə “Siqnal” skandalı
Avropanın ən böyük limanında müharibə imitasiyası
Nüvə raketini 150-200 km hündürlükdə məhv edən silaha 6 milyon o qədər də bahalı deyil
FTB-nin “Epstein” sənədlərini dərc etməsi Tramp tərəfdarlarını qəzəbləndirib
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Boris Pistorius Cey Di Vensi Münhendə darmadağın etdi. Münhen konfransında ABŞ-ın vitse-prezidenti Cey Di Vensin rəzil nitqinə Almaniyanın müdafiə naziri Boris Pistoriusun möhtəşəm cavab verdi.
Putin hərbi təcavüzü və cinayətləri baş verən məqamda Vensin nələrdən danışdığına diqqət yetirin.
Vens çıxışında demokratik institutların və söz azadlığının sarsıldığını bildirərək Avropa siyasətçilərini “seçkiləri ləğv etməkdə” günahlandırdı. O, Rumıniyada prezident seçkilərinin ləğvini sovet dövrü praktikası ilə müqayisə etdi. Vensin fikrincə, ən böyük təhlükə Çin və ya Rusiyadan yox, daxildən gəlir. O, kütləvi immiqrasiyanı Avropanın ən vacib problemi kimi qiymətləndirdi. Vens Avropa liderlərini “sovet dövrü terminləri, məsələn, “dezinformasiya” kimi sözlərdən istifadə edərək fərqli fikirləri “boğmaqda” ittiham etdi. Vitse-prezident həmçinin Böyük Britaniya hökumətini söz azadlığı qanunlarına görə sərt tənqid etdi.
Almaniyanın müdafiə naziri Boris Pistoriusun cavabı:
– Bu gün üçün hazırladığım bir çıxışım var idi. Bu çıxış Avropada təhlükəsizlik barədə olmalı idi. Amma, açıq desəm, çıxışıma əvvəlcədən planlaşdırdığım kimi başlaya bilmirəm.
Mən Transatlantik Alyansa dərin inam bəsləyirəm. Mən ABŞ-ın sadiq müttəfiqi və dostuyam. “Amerika arzusu” həmişə məni heyran edib və mənə təsir göstərib.
Buna görə də, az öncə eşitdiklərimizi sadəcə görməzdən gələ bilmərəm. ABŞ-ın vitse-prezidentinin çıxışını şərh etmədən keçə bilmərəm.
“Biz sizin bizə qarşı olmaq haqqınız uğrunda mübarizə aparırıq”. Bu, Bundesverin şüarlarından biridir. Və o, demokratiyamızı təmsil edir.
Bu demokratiya az əvvəl ABŞ-ın vitse-prezidenti tərəfindən şübhə altına alındı. Və təkcə Almaniya demokratiyası deyil, bütün Avropanın demokratiyası.
O, demokratiyanın ləğv edilməsindən danışdı. Və əgər mən onu düzgün başa düşdümsə, Avropanın mövcud vəziyyətini bəzi avtoritar rejimlərin vəziyyəti ilə müqayisə etdi. Xanımlar və cənablar, bu, qəbuledilməzdir.
Bizim demokratiyamızda hər bir fikir, səs qazanır. Bu, hətta “Almaniya üçün Alternativ” kimi yarı-ekstremist partiyalara da aiddir – onlar da digər partiyalar kimi seçkilərdə iştirak edə bilirlər, çünki bu, demokratiyadır.
Əgər vitse-prezident dünən buraya gələndə televizorunu açmaq fürsətini tapsaydı, o, bu namizədlərdən birini TV efirində görə bilərdi.
Biz, hətta, Rusiya təbliğatını yayan media orqanlarını belə efirə buraxırıq və federal hökumət nümayəndələri onların suallarına cavab verir. (Bu praktikaya son qoymaq lazım ola bilər)
Heç kim kənarda saxlanılmır.
Lakin demokratiya o demək deyil ki, səs-küylü azlıqlar həmişə haqlıdır və onlar həqiqətin nə olduğunu müəyyən edə bilərlər.
Bu, hər kəsin istədiyini danışa bilməsi anlamına da gəlmir. Demokratiya özünü onu məhv etmək istəyən ekstremistlərdən qoruya bilməlidir.
Mən hər gün demokratiyanın daxili və xarici düşmənlərdən qorunduğu bir Avropada yaşadığım üçün xoşbəxtəm.
Buna görə də, vitse-prezident Vensin irəli sürdüyü “bizim demokratiyalarımız azlıqları susdurur və boğur” fikrini açıq şəkildə təkzib etmək və ona qarşı çıxmaq istəyirəm.
Biz yalnız ölkələrimizi kimdən qoruduğumuzu deyil, həm də nə üçün qoruduğumuzu bilirik.
Demokratiya, fikir azadlığı, qanunun aliliyi və hər birimizin ləyaqəti naminədir xanımlar və cənablar.
Vitse-prezidentdən fərqli olaraq, mən çıxışımı Avropa və Transatlantik təhlükəsizlik sahəsində ən aktual məsələlərə yönəltmək istəyirəm.
Son günlər son aylar ərzində müzakirə olunanları təsdiqlədi.
ABŞ, Rusiya ilə Ukrayna arasında tez bir sülh sazişinə nail olunmasını istəyir və Avropanın bu prosesi rəhbərliyə götürəcəyini və əldə olunacaq hər hansı razılaşmaya təminat verəcəyini gözləyir.
Bu danışıqlar qitəmiz və Transatlantik münasibətlər üçün dönüş nöqtəsi ola bilər. Tarixi bir dönüş nöqtəsi ki, çox fərqli istiqamətlərə gedə bilər.
İndi verdiyimiz qərar müəyyən edəcək ki, sülh içində, yoxsa böhran şəraitində yaşayacağıq. Bu, bizim və Avropadakı gələcək nəsillərin taleyini müəyyən edəcək.
Biz təmin etməliyik ki, Ukrayna tək qalmasın, xanımlar və cənablar.
Çünki bir şey dəyişməz qalır: Azad və güclü Ukraynasız Avropada uzunmüddətli sülh olmayacaq.
Əgər təcavüzkarlıq qalib gəlsə, qaydalara və qanunlara əsaslanan sabit dünya nizamı da mövcud olmayacaq.