

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Hökuməti devirməyə çalışan 5 ifrat sağçı ekstremist həbs edilib
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Alman nəhəngi işçi qüvvəsi böhranı ilə üzləşir
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
... Yaxud çəkindirici Avropanın çıxış yolu supergüclü Almaniyadır
SPD millət vəkillərindən Merzə pis sürpriz, Almaniyada məcburi hərbi xidmət geri qayıdır
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Almaniyalı nazir Tramp-Zelenski gərginliyinə cavab verdi ...
İlk görüş açıq və konstruktiv atmosferdə keçib
Alman politoloq: “AfD-nin səslərinin ikiqat artmasının günahkarı rəqibləridir”
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Seçkidən sonra kabinet hesablamaları başlayıb, Merkeldən SMS gəlib
Dövlət gəlirləri ilk dəfə 2 trilyon avronu keçəcək
... Yaxud 2025-ci il Almaniya seçkiləri və seçici fəallığı
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya fevralın 23-də keçiriləcək növbədənkənar ümumi seçkilərə gedir. Hakim SPD-nin koalisiya ortağı Azad Demokratların hökumətdən çəkilməsindən sonra etimad səsi ala bilməyən kansler Olaf Şolz erkən seçkilər təyin etməklə Almaniyanın siyasi böhranını həll etməyə və yenidən hökumət qurmaq üçün çoxluğa çatmağa ümid edir. Amma sorğular bunu belə göstərmir.
Son sorğular mühafizəkar sağçı CDU/CSU partiyasının 29,2 faiz səslə nasistlərə rəğbət bəsləyən ifrat sağçı AfD-ni 8 bal qabaqladığını göstərir. Bununla belə, Merzin rəhbərlik etdiyi CDU/CSU yüzdə 30-dan aşağıya doğru meyllidir.
İfrat sağçı AfD 2024-cü ilin iyun ayından bəri əvvəlki reytinqinə daha 4,6 xal toplayıb və uzun müddət saxladığı ikinci yerini möhkəmləndirib.
Hazırkı hakim partiyanın ən böyük partnyoru SPD isə son federal seçkilərdən sonra 12,1 xal itirib və hazırda üçüncü yerdədir.
Almaniyada iki mərkəzçi, “əsas” partiya var – kansler Şolz-un mərkəz sol Sosial Demokratlar (SPD) və müxalifətdəki sağçı mühafizəkarlar, Xristian Demokratlar (CDU) və onların Bavariyadakı qardaş partiyası Xristian Sosial Birlik (CSU) ittifaqı.
Hər iki partiya son illərdə dəstəyini itirir, əvəzində Yaşıllar və ifrat sağçı AfD kimi kiçik partiyalar üstünlük qazanır.
Yarışda həmçinin koalisiyadan çıxaraq Şolz hökumətini devirən Azad Demokratlar (FDP), solçu Linke və solçu “Sahra Wagenknecht Alliance” (BSW) var və rəy sorğularına görə, onların hamısı parlamentə daxil olmaq üçün lazım olan 5 faizlik baryeri keçmək ərəfəsindədir.
Dördtərəfli mübahisə
SPD, Mühafizəkarlar, Yaşıllar və AfD-dən olan kansler namizədləri seçkiyə bir həftə qalmış televiziyada canlı yayımda üz-üzə gəlib.
Baş nazirliyə dörd partiya namizədi olan Fridrix Merz, Olaf Şolz, Robert Habek və Alis Veydelin gündəmində iqtisadiyyat, Ukrayna, immiqrasiya və ABŞ-ın vitse-prezidenti Ceyms Vens var idi.
Dörd nəfər Ukrayna üzərində mübahisə edərkən, sağ mərkəzçi Xristian Demokrat İttifaqının (CDU) kansler namizədi Fridrix Merz Almaniyanın “bitərəf olmadığını, Ukraynanın yanında olduğunu” söyləyib.
İfrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) namizədi Alis Yeydel israr edib ki, “bu seçkini sülh və müharibə həll edəcək”. AfD Rusiyayönlü baxışları ilə seçilir və hazırkı AB rəhbərliyi ilə ziddiyyət təşkil edir.
Mühafizəkarların namizədi Merz Ukraynaya güclü “Taurus” qanadlı raketlərinin göndərilməsi təkliflərinə qarşı çıxır və ABŞ prezidenti Donald Trampın sülh danışıqlarının irəliləyişinə dair səylərini dəstəkləyib.
Yaşılların kansler namizədi Robert Habek deyib ki, AfD istisna olmaqla, bütün partiyalar Ukraynanı dəstəkləməkdə yekdildir və Merz də bu fikirlə razılaşdığını bildirib.
İqtisadiyyat
İki ildir zəif artım nümayiş etdirən Almaniya iqtisadiyyatı əsas müzakirə mövzularından biridir...
Merz bildirib ki, ölkənin iqtisadi problemlərini həll etməyin açarı “bürokratiyanı nəzarət altına almaqdır”. O, həmçinin təklif edib ki, enerji böhranı fonunda keçmiş hökumətin Almaniyanın qalan atom elektrik stansiyalarını bağlamaq qərarı enerji xərclərinin artmasına səbəb olan bir səhvdir.
Veydel Merz ilə razılaşaraq, “etibarlı nüvə enerjisi, kömür və təbii qaz” üçün dəstək vəd etdi və “yaşıl enerjiyə keçid”in qiymətləri artırdığını iddia etdi.
Ölkənin hazırkı İqtisadiyyat naziri Habek bildirib ki, Almaniyanın zəif iqtisadiyyatını ucuz rus qazının olmaması və ixrac bazarının daralması ilə əlaqələndirmək olar. Ölkədəki problemlərdən Putini məsul tutan Habeck, Almaniyanın yüksək enerji qiymətləri ilə mübarizəsində Rusiya qazından asılılığının böyük rol oynadığını söylədi.
Habek Almaniyanın “daha az bürokratiyaya” və “infrastruktur, qatarlar, körpülər, rəqəmsallaşma”ya daha çox sərmayəyə ehtiyacı olduğunu deyib və əlavə edib ki, varlılar və kasıblar arasında uçurum getdikcə dərinləşir.
Sosial Demokrat Partiyasının (SPD) namizədi Olaf Şolz da Habekə qoşularaq Rusiyanın Ukraynaya təcavüzünün yüksək enerji qiymətlərinə səbəb olduğunu vurğulayıb. Lakin o, hökumətinin cavabını dəstəkləyib və pik qiymətlərin bitdiyini israr edib.
Ceyms Vüns və Donald Tramp
Həftə sonu Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın yeni administrasiyasının Şolzla deyil, Veydel ilə görüşdüyü ortaya çıxanda ona böyük zərbə vuruldu.
Veydel bu görüşdə partiyasının ABŞ və Çinlə yaxşı münasibətlərə açıq olduğunu bildirib. Veydel, Avropa demokratiyalarında ifrat sağ partiyalara qarşı “qoruyucu divarların” (“firewall”) mövcudluğunu tənqid edərək, Avropa liderlərini heyrətə gətirən Vensin sammitdəki mübahisəli çıxışına dəstək verdi.
Merz isə ABŞ-ın ikinci şəxsi ilə razılaşmadığını açıq şəkildə ifadə edərək, izləyicilərə “ABŞ-ın vitse-prezidenti mənim kiminlə danışa biləcəyimi və bilməyəcəyimi qərar verməyəcək”, – deyib. O, ABŞ-dakı seçkilərin nəticələrini qəbul etdiyini və ABŞ hökumətinin Almaniya üçün də eyni şeyi edəcəyini gözlədiyini iddia etdi.
Habek, Tramp administrasiyasının “Qərb dünyasının dəyərlərinə, Amerikadan Avropaya gələn qanun və nizama, liberal demokratiyaya, azad bazarlara, qaydalara əsaslanan nizama, siyasətimizin əsaslarına qarşı tam cəbhədən hücuma keçdiyini”, – deyib.
Yaşılların kansler namizədi həmçinin ABŞ-ı Putinlə sövdələşmədə ittiham edib: “Hər kəsin əsas problemi bu olmalıdır”.
Merz qalib olaraq ortaya çıxır
“Forsa”nın keçirdiyi sorğunun nəticələrinə görə, Merz dueldən qalib çıxıb və əhalinin 32 faizinin onu dəstəklədiyini üzə çıxarıb.
Rəyi soruşulanların 34 faizi Habeck-i ən bəyənilən namizəd kimi görsə də, Merz 23 faizlə onu izləyib. Buna baxmayaraq, seçicilərin yalnız 13 faizi Habekin ölkəyə rəhbərlik edəcəyinə inanır, Merz isə bu 42 faizdir.
Bütün partiyalar AfD ilə koalisiyaya qoşulmaqdan imtina edir. Merz, SPD və ya hətta Yaşıllarla koalisiyaya qoşulmağa açıq olduğunu bildirbi.