
Merz Trampa zəng edəcək
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
AfD lideri Veydelin sözləri gizli hesabatda
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Almaniyada yeni sorğu – 2 həftə ərzində AfD-nin reytinqi düşüb
125 illik ənənəvi maşınqayırma zavodu müflisləşdiyini elan etdi
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Münhendə dostluq etmək də çətindir, Berlin Hamburq da geri qalmır
“Onların paltarlarındakı yanıq dəlikləri vardı”
Almaniya siyasətində təəccüblü hadisələr yaçanır
Almaniya kansleri 2 həftə vəzifədə qalacaq
... Almaniyada qar gözlənilir
Vəzifəsini tərk edən Almaniya kansleri getməzdən əvvəl kimə zəng etdi?
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Ötən həftə Almaniyada keçirilən erkən ümumi seçkilərdə birinci olan CDU/CSU və SPD mümkün koalisiya hökuməti üçün danışıqlara başlasa da, bir qrup SPD millət vəkili davranışı baş nazirliyə namizəd Fredrix Merzin işinin asan olmayacağına işarə edib.
Almaniyada nəşr olunan həftəlik “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti SPD Bundestaq Qrupunun ən azı 8 deputatının CDU lideri Fredrix Merzin baş nazir olmasına qarşı olduğunu bildirib. 630 yerlik Almaniya parlamentində CDU/CSU 208 yer, SPD isə 120 yer qazanmağı bacarıb. Merzin baş nazir olmaq üçün 316 səs toplaması lazımdır, lakin səkkiz deputatın vetolarının sayı 13-ə çatarsa, alman siyasətçinin baş nazirlik planları puç ola bilər. Keçən həftə CDS/CSU və SPD nümayəndə heyətləri tərəfindən koalisiya üçün aparılan kəşfiyyat danışıqlarının müsbət, mülayim və təhlükəsiz mühitdə keçdiyi və Almaniya ictimaiyyətinin də bu koalisiyaya dəstək verəcəyi bildirilir. INSA rəy sorğusunun nəticələrinə görə, almanların 52 faizi CDU/CSU və SPD arasında tərəfdaşlığı dəstəkləyir. Sorğuda iştirak edənlərin 32 faizi bu koalisiyaya qarşıdır, 16 faizi isə qərarsızdır.
***
Almaniya ordusunun general-leytenantı Harald Qante bildirib ki, ölkə müdafiə ehtiyaclarını ödəmək üçün hərbi xidmətə yenidən başlamalıdır. Almaniyanın DPA xəbər agentliyinə danışan Qante könüllülər sisteminin Alman ordusunun vəzifələrini yerinə yetirmək üçün kifayət etməyəcəyini bildirib. “Bu gün daxili təhlükəsizlik, milli müdafiə və ittifaqın müdafiəsi ilə bağlı həll etməli olduğumuz bütün əlavə vəzifələr əhəmiyyətli sayda kadr olmadan işləməyəcək. Bunu yalnız məcburi hərbi xidmətlə həll etmək olar”, – deyən Qante əlavə edib ki, Almaniya ordusu Rusiyaya qarşı çəkindirici təsir göstərməlidir.
***
Alman ordusunun bu il 2500 yeni əsgər hazırlayacağını xatırladan Qante, əsgər sayı ilə yanaşı, hərbi infrastruktur xidmətlərinin də qeyri-kafi olduğunu vurğulayıb. Almaniyanın istefa verən hökumətinin müdafiə naziri Boris Pistorius dəfələrlə məcburi hərbi xidmətin zəruri olacağını deyib. Almaniyanın növbəti hökumətinə rəhbərlik edəcəyi gözlənilən mühafizəkar Xristian Demokrat İttifaqı (CDU) məcburi hərbçiliyə yaşıl işıq yandırıb.