

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Hökuməti devirməyə çalışan 5 ifrat sağçı ekstremist həbs edilib
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Alman nəhəngi işçi qüvvəsi böhranı ilə üzləşir
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
... Yaxud çəkindirici Avropanın çıxış yolu supergüclü Almaniyadır
SPD millət vəkillərindən Merzə pis sürpriz, Almaniyada məcburi hərbi xidmət geri qayıdır
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Almaniyalı nazir Tramp-Zelenski gərginliyinə cavab verdi ...
İlk görüş açıq və konstruktiv atmosferdə keçib
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Seçkidən sonra kabinet hesablamaları başlayıb, Merkeldən SMS gəlib
Dövlət gəlirləri ilk dəfə 2 trilyon avronu keçəcək
... Yaxud 2025-ci il Almaniya seçkiləri və seçici fəallığı
Almaniya seçkilərində qalib gələn Merz sosial demokratlarla hökumət qurmaq istəyir
Politoloq Klaus Şubert, ifrat sağçı AfD partiyasının 2021-ci il seçkiləri ilə müqayisədə erkən ümumi seçkidə iki dəfə çox səs toplamasının əsas günahkarlarının partiyalar, xüsusən də mühacir məsələsini daim gündəmə gətirənlər olduğunu iddia edib.
Fevralın 23-də ölkədə keçirilən növbədənkənar ümumi seçkilərdə Xristian İttifaqı (CDU/CSU) partiyaları 28,52 faiz səslə birinci olub.
Almaniya üçün Alternativ (AfD) əvvəlki ümumi seçkilərlə müqayisədə səsini iki dəfə artıraraq 20,8 faiz səslə ikinci olub. AfD-nin ölkənin şərqindəki beş əyalətdə birinci olması və qərb əyalətlərində səslərini əhəmiyyətli dərəcədə artırması diqqət çəkib.
Ölkədəki bir çox qrup, xüsusən də müsəlmanlar və mühacir əsilli insanlar AfD-nin yüksəlişindən narahat olduqlarını bildiriblər. Münster Universitetindən politoloq, professor Klaus Şubert seçkilərin nəticələrini dəyərləndirib.
***
Seçkidən əvvəl CDU/CSU-nun zəfərinin gözlənildiyini, lakin birliyin və kansler namizədi Fridrix Merzin gözlənilən səs nisbətinə çata bilmədiyini ifadə edən Şubert, “Merz yüzdə 30-un üzərində səs toplamaq istəyirdi. Hətta bəziləri yüzdə 35 deyirdi. İndi bu, yüzdə 28,52. Bəli, müvəffəqiyyətdir, – deybi.
Hazırkı kansler Olaf Şolzun Sosial Demokrat Partiyasının (SPD) 16,41 faiz səviyyəsində qaldığına diqqət çəkən Şubert, “Bu, SPD üçün ən pis nəticədir və prinsipcə bu partiya üçün bir fəlakətdir, amma mənim fikrimcə, bu, vəziyyəti öz yaradıb”, – deyib.
Şubert, SPD-nin seçkiyə səhv namizədlə getdiyini ifadə edərək, çox məşhur olan müdafiə naziri Boris Pistoriusun baş nazirliyə namizəd göstərilmək lazım olduğunu bildirib.
***
AfD-nin 20 faizdən çox səs almasına münasibət bildirən Şubert, “Məncə, bu partiyanın səs payını iki dəfə artırması Almaniya üçün fəlakətdir. Lakin buna görə məsul partiyalar var. Xüsusilə immiqrasiya məsələsinin daim gündəmdə olması və qurulan partiyaların tez-tez immiqrantları ən mühüm problem kimi qeyd etməsi AfD-nin qələbəsinin əsas amilidir”, – deyib.
Almaniyada iqtisadiyyatın çox pis vəziyyətdə olduğunu vurğulayan Şubert, “İqtisadiyyatda həqiqətən səlahiyyətli və iş dünyasından gələn Friedrix Merzin niyə çox daha güclü bir şəkildə sahib olduğu bu üstünlüyə vurğu etmədiyini anlaya bilmirəm”, – deyib.
Şubert Almaniyada 2024-cü ilin noyabrında dağılan və rənglərinə görə “Svetofor koalisiyası” adlandırılan SPD, Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət hökumətin iqtisadiyyat, xarici siyasət və Avropa siyasətində müvəffəqiyyətli olmadığını açıqlayıb.
Hökumətin Ukrayna müharibəsində möhkəm dayandığını ifadə edən Şubert, “AfD-nin yüksəlişi bununla da izah edilə bilər. Bilirsiniz ki, alman xalqının böyük problemi müharibə, ordu və s. Bu tarixidir. AfD və BSW Partiyası buradan seçiciləri ovladı”, – deyib.
CDU/CSU və SPD-nin hökumət qurmaq üçün parlamentdə kifayət qədər yer qazandığına diqqət çəkən Şubert, “Bütünlükdə seçkilər yaxşı keçdi, çünki sabit bir hökumət yarana bilərdi”, – deyə qeyd edib.
Üç partiyalı koalisiya hökumətinin beləliklə qarşısının alındığını bildirən Şubert, “İki partiyalı koalisiya qarşıdakı dörd il üçün sabitlik vəd edir”, – deyib.
Şubert bildirib ki, Almaniya beləliklə, gələcəkdə Avropada gözlənilən tərəfdaş olaraq qala bilər.
***
Şubert, Merzin növbəti hökumətdə baş nazir olması gözlənilən seçki gecəsi ABŞ-dan müstəqillik qazanması ilə bağlı açıqlamasını da dəyərləndirərək, “Burada Merz Almaniya və digər Avropa ölkələrinin NATO-dakı hərbi müdafiə imkanlarına toxunub”, – deyib.
Şubert ABŞ-da Donald Tramp administrasiyasının birdən-birə, bəzilərinin isə dağıdıcı şəkildə NATO və müttəfiqlərinin müdafiə etdiyi prinsiplərdən uzaqlaşdığına dair fikirlərini dilə gətirib və bildirib ki, bu gün AB və NATO-ya üzv dövlətlər arasında ən qısa zamanda xarici düşmənlərdən qorunmaq iqtidarında olan hərbi qüvvələr yaratmalı olduqları barədə geniş konsensus var.
“Müstəqillik dedikdə bu nəzərdə tutulur və o, mütləq prioritetdir”. Şubert Almaniyada müdafiə üçün 200 milyard avroluq xüsusi fondun ayrılmasından söhbət getdiyinə diqqət çəkib.
Bu hərbi müstəqillik məqsədinin Avropadakı bütün NATO ölkələri tərəfindən paylaşıldığını söyləyən Şubert, “Bu müstəqilliyə nail olmaq üçün illər lazım olacaq və çoxlu pullar tələb olunacaq, lakin bu, Rusiyanın AB-nin şərq sərhədində Finlandiyadan Qara dənizə qədər mümkün hücumunun qarşısını almaq üçün tələb olunan hər şeyi etməkdir və hətta məqsəd Ukraynanı NATO-nun müdafiə zonasına daxil etməkdir”, – deyib.
Şubert qeyd edib ki, Almaniyada da 200 milyard avronun kifayət etməyəcəyinə dair səslər artmaqdadır, çünki vəzifə çox böyük ölçülərə çata bilər.
***
Alman və Amerika xalqları arasında dostluq əlaqələrinin olduğunu və ABŞ hökumətini xalqından ayırmağın lazım olduğunu izah edən Şubert, “İkinci Dünya müharibəsindən sonra ortaya çıxan tarixi bir dostluq var. Bizim ABŞ-da Amerika hökumətinin hazırda etdiklərinə görə utanan yaxşı dostlarımız da var, ona görə də xalqı hökumətdən ayırmalıyıq”, – deyib.
Almaniyanın Trampın açıqlamalarından şoka düşdüyünü ifadə edən Şubert, “Təsəvvür edin, 70-80 ildir ən yaxşı münasibətdə olduğunuz və bir-birinizə güvənə bildiyiniz biri, deyək ki, qardaşınız birdən qarşı tərəfə keçdi. Əslində, Putin onu barmağına sarıyıb. Alman siyasi nöqteyi-nəzərindən bu, izaholunmaz və eyni zamanda qəbuledilməzdir”, – deyib.
Avropalıların həmrəy olması lazım olduğunu vurğulayan Şubert, “Tramp və dostları həqiqətən yalnız güc oyunlarını başa düşürlər. Onlar hər kiçik zəiflikdən istifadə edərək öz maraqlarını sırımağa çalışırlar. Burada vacib olan Avropadakı birlikdir”, – deyib.