
“Hər şeyə hazırlıq”
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
İsrailin müdafiə naziri İrana hücumla hədələyib
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
İranda 700 bank zülmətə qərq oldu
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
İsrail hücumdan əvvəl xəbərdarlıq edib
“İranın hazırda 13 mindən çox qabaqcıl sentrifuqayası var”
Netanyahu razı olmadı, sonra üçün vaxt seçdi, Amerikalılar sui-qəsddən hiddətləndilər
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Almaniya İsraildən müdafiə sistemi alıb
Böyük bir sui-qəsd planı ifşa edildi
İran təyyarəsi təcili eniş edib
İsrailin Suriyadakı maraqları iki istinada söykənir
Raket istehsalına məhdudiyyətləri və uranın 2015-ci il versiyası...
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
İsrailin müdafiə naziri Yisrael Katz bu gün təsdiqləyib ki, İsrail qüvvələri Livanın cənubundakı “beş strateji nöqtədə” qalacaq. “Agence France-Presse” (AFP) xəbər verir ki, Katz “Hizbullah” atəşkəsi pozarsa, onu sərt cavabla hədələyib.
Katz verdiyi açıqlamada, “İsrail ordusu bu gündən etibarən Livanda beş nəzarət məntəqəsi ilə bufer zonada qalacaq. “Hizbullah” tərəfindən atəşkəsin hər hansı pozulmasına qarşı qətiyyətlə və barışmaz fəaliyyət göstərməyə davam edəcəyik”, – deyib.
Livanın Milli Xəbər Agentliyinin (NNA) verdiyi məlumata görə, İsrail qüvvələri Yarun, Marun ər-Ras, Blida, Mays əl-Cəbəl, Hula, Markaba, əl-Adise, Kafr Kila və əl-Vazzanidən geri çəkilərək, “böyük yaşayış məntəqələri” ilə üzbəüz beş sərhəd nöqtəsində qalıb.
NNA xəbər verir ki, Livan ordusu İsrail qüvvələrinin geri çəkildiyi şəhərlərə yerləşdirilib və torpaq təpələrini çıxarmağa və əsas yolları partlamamış hərbi sursat və mərmilərdən təmizləməyə başlayıb.
“Hizbullah” terror təşkilatı atəşkəs razılaşmasının şərtlərinə əsasən bu gün Livanın bütün cənubundan çəkilməli olan İsrail əvvəlcə planlaşdırılan müddəti təxirə salıb.
Noyabrda əldə edilmiş atəşkəs şərtlərinə əsasən, İsrail qüvvələrinə “Hizbullah” ilə bir ildən çox döyüşdən sonra Livanın cənubundan geri çəkilmək üçün 60 gün vaxt verilib.