

Dilimizə təhlükə hansıdır ...
Sözlərimiz mentalitetimizi formalaşdırır
Adımıza millətçi, türkçü damğasını vurub …
Düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi
Rejim son illər xaric ölkələrə 41 müəllim göndərib
İnsanlarımızı tüfeyli, ailələri bədbəxt edən seriallar
“Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masa platformanın səmərəliliyini artırmaq üçün yaxşı müzakirə məkanı idi.
Real təkliflər səsləndirildi, daha sistemli fəaliyyətə gərək olduğu bildirildi. Türkiyə ictimaiyyətində, hətta qardaş ölkənin media nümayəndələrində də Azərbaycanla bağlı ciddi bilgisizlik, məlumatsızlıq var. Bunun aradan qaldırılması üçün çox iş görülməlidir.
Ən çox səslənən təkliflərdən biri Azərbaycan televiziyalarında yayımlanan Türkiyə dizilərinin dublyaj edilməməsi oldu – çünki hamı zatən başa düşür və bir çox halda seriallardakı Türkiyə türkcəsinin Azərbaycan türkcəsinə uyğunlaşdırılması uğurlu alınmır. Doğrudur, bu məsələ qanunla tənzimlənir, ölkədə milli yayım dövlət dilində olmalıdır. Lakin qanunun bir daha nəzərdən keçirilməsi təklifi də səsləndi. Çünki bu gün türk dünyası, (ortaq) türk dili, türk ailəsi anlayışları əvvəllər olmadığı qədər prioritetdir və daha geniş boyut qazanıb. Və əsas məqamlardan biri – əgər bu addımla Azərbaycan dilini Türkiyə türkcəsinin təsirindən qorumaq istəyiriksə, mövcud qayda effektli deyil, çünki bizim camaatın çoxu Türkiyə kanallarına baxır, cizgi filmlərinə baxan uşaqların dili Türkiyə türkcəsində açılır, hətta yaşlılar belə “konum atmaq”, “rapor yazmaq”, “bunların ilişkisi var” və s ifadələri rahatlıqla istifadə edirlər. Teleməkanımız vasitəsilə Azərbaycan dilinin saflığını qorumaq istəyiriksə, kontent istehsalı yerli olmalıdır. Türkiyədən alınan dizilərin, bəzən efirə çağırılan qonaqların fikirlərinin azərbaycancaya tərcüməsi lüzumsuz görünür. Nəzərə alanda ki, Türkiyə dövlət rəsmilərinin çıxışları, müsahibələrini adətən tərcümə etmirik, o zaman serialları tərcümə (əslində uyğunlaşdırma) etməklə nə qazanırıq?! Bu mövzunun üzərində yenidən düşünülməlidir.
Türk xalqlarının mədəniyyətinin təbliği məqsədilə yaradılmış “TRT Avaz” kanalı niyə Azərbaycanda kabel televiziya paketlərində yoxdur? Belə bir sual və “olması vacibdir” təklifi də səsləndirildi.
Başqa mühüm və maraqlı fikirlər də söyləndi. Reallaşsa, hər iki ölkənin mediasına və cəmiyyətinə faydalı olacaq.
Bu platforma 44 günlük Vətən Müharibəsindən sonra yaradılıb və iki dövlətin media quruluşlarının, jurnalistlərinin birgə fəaliyyətini, əməkdaşlığını nəzərdə tutur.