Kəmfürsətcillərin qabaqdangəlmişliyi
Adımıza millətçi, türkçü damğasını vurub …
Rəşad BABALI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dilimizin qatları ...
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
-
Dünyada təmiz dil qalıbmı?
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
-
«Dil inqilabı»
Sözlərimiz mentalitetimizi formalaşdırır
-
Adını nə qoysanız da türk dilidir
Düsturların, qanunların, qaydaların izahı erməni-budaq cümləsindəydi
-
«Azərbaycan türkcəsi üçün itmiş adamlar: necə az etməli?»
Dil və pul
-
«Dil ləyaqət sistemində olmayanda»
İkidillilik haqqında bir düstur
-
«Dilimizdə bu sözləri dəyişmək lazım imiş?»
-
«Bizdəki gənc moltanılar»
Dil və ləyaqət məsələsi
Əcnəbi sözlərin qarşılığıyla bağlı yenə yazmaq ehtiyacı hiss etdim.
Bəziləri «dünya nəylə məşğuldu, biz gör nəylə» arqumentini irəli sürüb dilin öz kökündən yeni qarşılıqlar yaratmasına boş iş kimi baxır. Amma nədənsə məsələyə önyarqılı baxırlar. Danışan kimi də, kəmfürsətcillər adımıza millətçi, türkçü damğasını vurub qabaqdangəlmişlik edirlər.
Nə mən, nə də ağlı başında olan adam dildəki bütün əcnəbi sözlərin ana dilində qarşılığının olmasını iddia etmir. Çünki mümkün deyil. Əsas məsələ maksimum dərəcədə optimal şəkildə edilməsidir. Nə qədər imkan varsa və yerindədirsə. Və bu işlər peşəkarlar tərəfindən görülməlidir və toplumla daima fikir alış-verilişi edilməlidir.
Terminlərin. yeni əşyaların adlarının milliləşməsini istəməyim heç də millətçi düşüncəmə görə deyil. Onu bir kənara qoyaram. Sırf praqmatik olaraq yanaşıram. İki misal verəcəyəm.
Soyuducu və tozsoran sizdə hansı asossasiya doğurur? Və ya belə deyim, bu alətləri görməyən, eşitməyən bir uşağa bu sözləri deyin. Bu sözlərin onun beynində canlandırdığı alətin gerçək alətlə elə də fərqi olmayacaq funksionallıq baxımından. Lakin rus və ya ingilis dillərini bilməyənlər üçün «холодильник» və «пылесос», «refrigerator» və «vacuum cleaner» sözləri. Heç bir şey demir eləmi?
Ona görə də terminlərin, yeni əşyaların dildə qarşılığı yaradılmalıdı. Beynəlxalq sözlər kimi əndrabadi anlayışı isə xışmalayıb atın zibil qabına. Ona qalsa milliləşdirdiyimiz xeyli söz var ki, dünyada daha çox bir sözlə işlədilir. Məsələn çimərlik. Çox yerdə «plyaj». Çimərlik sözü belə tam qənaətbəxş olmasa da şüurumuzda o şeyi canlandırır.
P.S.: Ümid edirəm istifadə etdiyim qeyri-türk sözlərini saymazsınız.