

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Hökuməti devirməyə çalışan 5 ifrat sağçı ekstremist həbs edilib
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Alman nəhəngi işçi qüvvəsi böhranı ilə üzləşir
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
... Yaxud çəkindirici Avropanın çıxış yolu supergüclü Almaniyadır
SPD millət vəkillərindən Merzə pis sürpriz, Almaniyada məcburi hərbi xidmət geri qayıdır
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Almaniyalı nazir Tramp-Zelenski gərginliyinə cavab verdi ...
İlk görüş açıq və konstruktiv atmosferdə keçib
Alman politoloq: “AfD-nin səslərinin ikiqat artmasının günahkarı rəqibləridir”
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Seçkidən sonra kabinet hesablamaları başlayıb, Merkeldən SMS gəlib
Dövlət gəlirləri ilk dəfə 2 trilyon avronu keçəcək
... Yaxud 2025-ci il Almaniya seçkiləri və seçici fəallığı
Almaniyada təxminən 59,2 milyon seçicinin səsvermə hüququna malik olduğu erkən ümumi seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.
Ümumi seçkilərdə ilk exit-poll nəticələrinə görə, Xristian Birlik (CDU/CSU) partiyaları yüzdə 29 səslə birinci olub.
Almaniyanın ARD telekanalının dərc etdiyi ilk exit-poll nəticələrinə görə, Xristian Demokratik Birlik (CDU) Partiyasının lideri Fridrix Mersi baş nazirliyə namizəd kimi irəli sürən Xristian Birlik (CDU/CSU) partiyaları 29 faiz səs toplayıb.
Xristian Demokrat Birliyi (CDU) və onun Bavariyadakı qardaş partiyası Xristian Sosial Birlikdən (CSU) ibarət olan CDU/CSU, 2021-ci il seçkiləri ilə müqayisədə səs payını 4,9 bal artırıb.
İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 19,5 faizlə ikinci olub ki, bu da əvvəlki seçkilərdən 9,1 bal çoxdur.
Hazırkı Baş nazir Olaf Şolzu yenidən baş nazirliyə namizəd kimi irəli sürən Sosial Demokrat Partiyasının (SPD) səs payı əvvəlki seçkilərlə müqayisədə 9,7 bal azalıb. SPD 16 faiz səslə üçüncü yerdədir.
Bu nisbət eyni qalsa, SPD İkinci Dünya Müharibəsindən bəri ümumi seçkilərdə ən aşağı səs faizini əldə etmiş olacaq.
Yaşıllar Partiyasının səs nisbəti 2021-ci il seçkiləri ilə müqayisədə 1,2 bal azalaraq 13,5 faizə düşüb.
Uğurlu seçki kampaniyası aparan Sol Partiyanın səsləri əvvəlki seçki ilə müqayisədə 4,7 bal artıb. Parlamentə girəcəyi dəqiq hesab edilən Sol Partiya exit-poll-un nəticələrinə görə 8,5 faiz səs toplayıb.
Hökuməti tərk edərək ölkədə növbədənkənar ümumi seçkilərə səbəb olan Azad Demokrat Partiyası (FDP) bu seçkilərdə SPD ilə birlikdə böyük itkilər verib.
2021-ci il seçkiləri ilə müqayisədə səsləri 6,5 bal azalan FDP ilk exit-poll-da 4,9 faiz olaraq görülür. Seçki baryerinin 5 faiz olduğu ölkədə nəticələr bu şəkildə yekunlaşarsa, FDP az fərqlə parlamentdən kənarda qalacaq.
Ümumi seçkilərə ilk dəfə qatılan “Sahra Vaqenknext Alyansı – Anlaşma və Ədalət naminə” (BSW) Partiyası 4,7 faiz səs toplayıb.
FPD və BSW-nin 5 faizlik seçki baryerini keçib-keçməyəcəyi maraq doğurur.
İlk exit-poll nəticələrinə görə, Almaniya Bundestaqında yerlərin bölgüsü belədir: CDU/CSU 211, AfD 142, SPD 116, Yaşıllar 98, Sol Partiya 62
Bundan başqa, Danimarka azlığının təsis etdiyi və xüsusi tənzimləmə ilə seçki baryerindən azad edilən Cənubi Şlezviq Seçici Birliyi (SSW) parlamentdə 1 deputatla təmsil olunacaq.
Digər tərəfdən, seçkilərdə iştirak nisbətinin yüzdə 84 ilə 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı bildirilib.